Tamstore

Texniki dəstək üzrə təcrübəçi

Tamstore
Ə/h razılaşma ilə
514
Təcrübə
Bakı, Azərbaycan
20/04/2026 - 04/05/2026

İş haqqında məlumat

  • Mağazalarda və ofisdə yaranan IT problemlərinin operativ şəkildə həllinin təmin edilməsi;
  • İstifadəçilərdən daxil olan sorğuların qəbul edilməsi, qeydiyyata alınması və icrasının təmin olunması;
  • Kompüter, printer, POS terminal, barkod skaner, kassa avadanlıqları və digər texniki vasitələrin quraşdırılması və sazlanması;
  • Microsoft Windows əməliyyat sistemi, Microsoft Office proqramları və digər proqramlar üzrə texniki dəstəyin göstərilməsi;
  • Şəbəkə, internet, Wi-Fi, router və switch avadanlıqları üzrə ilkin diaqnostika və texniki dəstəyin təmin edilməsi;
  • Yeni istifadəçilər üçün avadanlıqların hazırlanması, konfiqurasiyası və təhvil verilməsi;
  • IT avadanlıqlarının qeydiyyatının aparılması və mütəmadi izlənməsi;
  • Uzaqdan, zərurət olduqda isə yerində texniki dəstəyin göstərilməsi;
  • Gündəlik texniki problemlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
  • Mağaza sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət edilməsi və davamlı texniki dəstəyin təmin olunması.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • Şəbəkə avadanlıqları üzrə baza biliklər;
  • Problemlərin operativ həlli və effektiv qərarvermə bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, intizam və işə ciddi yanaşma.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil(Müvafiq sahə üzrə);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • İngilis dili üzrə yüksək səviyyə (Upper-Intermediate).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar