Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
IT məhsullarının satışı ilə məşğul olan şirkətimiz servis və təmir proseslərinin idarə olunmasını həyata keçirəcək peşəkar və məsuliyyətli Texniki Direktor axtarır.
Vəzifə öhdəlikləri:
- Servis və təmir şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması;
- Texniki heyətin işinə nəzarət və koordinasiya;
- IT avadanlıqlarının diaqnostika, təmir və texniki xidmət proseslərinin optimallaşdırılması;
- Müştəri müraciətlərinin operativ və keyfiyyətli həllinin təmin edilməsi;
- Ehtiyat hissələri və servis avadanlıqlarının idarə olunması;
- Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Xarici partnyorlar və istehsalçılarla texniki yazışmaların aparılması;
- Servis standartlarının və keyfiyyət göstəricilərinin tətbiqi və inkişaf etdirilməsi.
Təklif edirik:
- Rəqabətli əməkhaqqı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Stabil və inkişaf edən şirkətdə çalışma imkanı;
- Korporativ iş mühiti.
Tələblər
- IT avadanlıqları və texniki servis sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
- Komanda idarəetmə və təşkilatçılıq bacarıqları;
- Problemləri operativ həll etmə və analitik düşüncə qabiliyyəti;
- İngilis dili – yüksək səviyyədə;
- Rus dili – yüksək səviyyədə;
- Azərbaycan dili – sərbəst;
- MS Office və servis idarəetmə sistemləri ilə işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.