hrin.az
Reklam
Azertexnolayn

Texniki dizayner

Azertexnolayn

Əmək haqqı: Razılaşma

38504 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliOrta

İş haqqında

Tələblər:

  • İxtisas: Maşınqayırma, mexanika mühəndisliyi, mexatronika və ya müvafiq mühəndislik sahələri üzrə təhsil; 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; 
  • Xarici dil bilikləri: Rus, türk və ingilis dillərini bilmək arzuolunandır; 
  • Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Word və Excel); SolidWorks, AutoCAD proqramlarında işləmək bacarığı; 
  • Inventor, CATIA, UG NX, Pro/ENGINEER kimi 3D modelləşdirmə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı; 
  • ANSYS proqramı üzrə biliklərə malik olmaq üstünlükdür. Texniki çertyojların hazırlanması, oxunması və təhlili bacarığı; 
  • Yerli və beynəlxalq standartlar (DÜST, EN, ISO, API, AWWA və s.) üzrə biliklər; 
  • Layihələrin hazırlanması, icrası və təqibi prosedurları barədə məlumatlılıq; 
  • Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı; 
  • Analitik düşünmə, problem həll etmə və komandada işləmək bacarığı. sadece bu daha yigcam

Vəzifə öhdəlikləri

  • İstehsal olunacaq məhsul və detallar üzrə bütün zəruri texniki çertyojların hazırlanması, rəsmiləşdirilməsi və istehsalata təqdim edilməsi; 
  • Yeni və innovativ məhsulların hazırlanması məqsədilə texniki araşdırmaların aparılması, detalların layihələndirilməsi və texniki təhlilinin həyata keçirilməsi; 
  • Detalların və montaj vahidlərinin texniki xüsusiyyətlərinin müəyyən edilməsi, müvafiq texniki sənədlərin və hesabatların hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
  • Layihələndirilən məhsulların yerli və beynəlxalq standartlara (DÜST, EN, ISO, API, AWWA və s.) uyğunluğunun təmin edilməsi; 
  • İstehsalat və emalatxana əməkdaşları ilə sıx əməkdaşlığın qurulması, istehsal prosesində yaranan texniki məsələlərin operativ həllində iştirak edilməsi; 
  • Qəlibləmə prosesləri üçün modellərin, qəliblərin və içliklərin layihələndirilməsi; 
  • Yeni sifariş olunan məhsulların ölçülərinin götürülməsi, texniki parametrlərinin müəyyənləşdirilməsi və prototiplərin hazırlanması; 
  • Məhsulların konstruktiv təkmilləşdirilməsi və istehsal proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması; 
  • Hazırlanmış layihələrin texniki tələblərə və istehsalat imkanlarına uyğunluğunun yoxlanılması; Şöbə rəhbəri tərəfindən verilən digər texniki tapşırıqların icrasında fəal iştirak edilməsi.

İş şəraiti

  • İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
  • İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
  • Nahar və servis şirkət tərəfindən təmin olunur.
Reklam