Zəngilan,
Azərbaycan
11.07.24
-
10.08.24
İş haqqında məlumat
- Forma-2 və forma-3 üzrə hesabatların hazırlanması: yerinə yetirilmiş işlər üzrə hesabatlar və həmin işlər üzrə normativ material sərfiyyatı hesabatların forması;
- Layihələr və iş növləri üzrə yığım cədvəlinin hazırlanması və layihələrdən daxil olan digər texniki sənədlərin doğruluğunu yoxlamaq;
- Tikinti materiallarının dəyərinin təhlili;
- Tikinti norma və qaydalarında sərfiyyat normaları nəzərdə tutulmayan yeni tikinti materiallarının sərfiyyat normalarını smetaçı mühəndislər ilə birlikdə hazırlamaq;
- Xərclərin smetaya uyğun maddələr üzrə işlənməsi;
- Smetada nəzərdə tutulmuş material növlərinin dəyişdirilməsinin smetaya təsirlərinin hesablanması və uyğun dəyişiklərin edilməsi;
- Tikinti materiallarının məsrəflərinə dair texniki hesabatların hazırlanması;
- Layihədə baş vermiş dəyişikliyə görə smetada müvafiq dəyişikliklərin edilməsi;
- İş yeri: Zəngilan şəhəri (TƏCİLİ).
Tələblər
- Təcrübə: Tikinti sahəsi üzrə 3 illik iş təcrübə;
- Təhsil: Ali təhsil (mülki tikinti, inşaat, inşaat mühəndisliyi, iqtisadi);
- Dil bilikləri: Azərbaycan dilini şifahi və yazılı yüksək səviyyədə bilməli, digər dillər arzu olunandır;
- Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook), AUTO CAD (işlətmə kimi);
- Hesabatları hazırlamaq bacarığı;
- Analitik (deduktiv-məntiq) düşünmə, vəziyyəti düzgün dəyərləndirmə, riyazi hesablama aparma, yaranmış problemlərin təhlil və müstəqil həll etmə qabiliyyətinə malik olmalı.
Elanın müddəti bitmişdir