Bakı,
Azərbaycan
12/08/2026
-
26/08/2026
İş haqqında məlumat
- Elektrik naqillərinin quraşdırır və təmir edir;
- Elektrik lövhələrinin və şitlərin baxımı və istismarını həyata keçirir;
- Elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir;
- Qısaqapanma, elektrik sızması və digər nasazlıqların aşkarlanaraq dərhal aradan qaldırılmasını təmin edir;
- Qazanxananın iş rejiminə uyğun istifadəsi və istismarını həyata keçirir;
- İstilik sisteminin təzyiq, temperatur və su səviyyəsinin daimi nəzarətdə saxlayır;
- Yanacaqla işləyən qurğuların təhlükəsiz iş rejimində saxlayır;
- Qazanxananın texniki baxım və təmizləmə işlərini aparır;
- Təsərrüfat və inzibati otaqlarda sadə təmir və çilingər işlərini (qapı, pəncərə, tutacaq, kilid və s.) yerinə yetirir;
- İşıqlandırma sistemlərini və lampalarını dəyişdirir;
- Su təchizatı və kanalizasiya sistemlərində yaranan nasazlıqları təmiri edir;
- Gündəlik texniki baxışları aparır və aşkar edilmiş problemləri aradan qaldırır;
- Təhlükəsizlik qaydalarına ciddi riayət edir.
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əməkhaqqı: 750 Azn
İşəgötürən: “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs
Tələblər
- Müvafiq sahədə iş təcrübəsi;
- Müavafiq sahə ilə bağlı peşə təhsili və ya ona bərabər tutulan sertifikatların olması.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun