Avropa Azərbaycan məktəbi
Ə/h razılaşma ilə
413
Tam iş günü
Bakı, Azərbaycan
03/09/2026 - 17/09/2026

İş haqqında məlumat

Biz komandamıza peşəkar və məsuliyyətli çilingər axtarırıq. Namizəd müəssisənin avadanlıqlarının, texniki sistemlərinin və təsərrüfat sahələrinin təmirini və baxımını təmin etməlidir.

Vəzifə öhdəlikləri:

  • Məktəb ərazisində gündəlik texniki və təsərrüfat işlərinin həyata keçirilməsi;
  • Bina, sinif otaqları, ofislər və ümumi istifadə sahələrində yaranan kiçik texniki nasazlıqların aradan qaldırılması;
  • Mebel, qapı, pəncərə, kilid, elektrik avadanlıqları və digər qurğularla bağlı xırda təmir işlərinin görülməsi;
  • Elektrik, su, santexnika və digər texniki sistemlərdə yaranan problemlərin ilkin yoxlanılması və aidiyyəti əməkdaşlara məlumat verilməsi;
  • Məktəbin texniki avadanlıqlarının və inventarının düzgün istifadəsinə və vəziyyətinə nəzarət;
  • Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Məktəb ərazisində avadanlıqların, mebellərin və digər əşyaların daşınmasına və yerləşdirilməsinə dəstək;
  • Tədbirlər, toplantılar və digər məktəb fəaliyyətləri zamanı texniki dəstəyin göstərilməsi;
  • Rəhbərliyin tapşırıqları əsasında digər texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi.

Tələblər

  • Texniki və ya təsərrüfat sahəsində iş təcrübəsi;
  • Elektrik, santexnika, təmir və digər texniki işlər üzrə əsas biliklər;
  • Əl alətləri və texniki avadanlıqlardan düzgün istifadə bacarığı;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Fiziki işlərə uyğunluq;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Təkliflər:

  • Peşəkar komanda ilə işləmək imkanı;
  • Nahar ilə təmin olunma;
  • Könüllü tibbi sığorta təmin olunma;
  • İş şəraitinə uyğun xüsusi geyim və avadanlıqlar ilə təminat.