Emko Technologies MMC

Texniki işlər üzrə mütəxəssis

Emko Technologies MMC
Ə/h razılaşma ilə
3403
Tam iş günü
Bakı, Azərbaycan
18.09.2025 04:00 - 18.10.2025 12:00

İş haqqında məlumat

  • Müşahidə kameraları (CCTV), domofon, girişə nəzarət, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin quraşdırılması
  • Quraşdırılmış avadanlıqların sazlanması və ilkin testlərinin aparılması
  • Elektrik və kabel xətlərinin çəkilməsi
  • Texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması
  • Layihə çertyojları və planlara uyğun işləmək
  • Müştəri obyektlərində nizam-intizamlı və məsuliyyətli fəaliyyət göstərmək

Üstünlüklər:

  • Təhlükəsizlik sistemləri üzrə sertifikatlar (Hikvision, Dahua, UNV və s.);
  • IP şəbəkə, NVR/DVR sistemləri ilə tanışlıq;
  • Sxem oxuma bacarığı.

Biz təklif edirik:

  • Stabil əmək haqqı və bonus sistemi;
  • Daimi layihələrlə təmin olunma;
  • Peşəkar və təcrübəli komanda;
  • Təlimlər və inkişaf imkanları.

Müraciət üçün: CV-nizi və ya əlaqə məlumatlarınızı qeyd olunan email ünvanına və ya 055 560 26 00 (WhatsApp nömrəsi) vasitəsilə göndərin. 

Tələblər

  • Təhlükəsizlik sistemləri sahəsində ən azı 1 il təcrübə;
  • Elektrik və ya zəif axın (low voltage) sistemləri haqqında texniki biliklər;
  • Alətlərlə (qazma, tester, krimp, multimetrlər və s.) işləmə bacarığı;
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlük sayılır;
  • Hündürlükdə işləməyə əngəl olmayacaq sağlamlıq vəziyyəti.


Oxşar vakansiyalar