Bakı,
Azərbaycan
25.08.2025 11:12
-
25.09.2025 12:00
İş haqqında məlumat
- HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və icra etmək;
- Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət komandaya rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək;
- İllik texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil işlərini aparmaq;
- Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin optimallaşdırılması məqsədilə texniki xidmət xərclərini izləmək;
- Yerli qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək;
- KPI göstəricilərini (sistemlərin işləkliyi, enerji sərfiyyatı, texniki xidmətə cavab müddəti və s.) izləmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
- Podratçılar və xidmət təminatçıları ilə işin təşkili, müqavilələrin idarə olunması və xidmət səviyyəsinə (SLA) nəzarət etmək;
- Obyekt idarəçiləri və layihə komandaları ilə əməkdaşlıq edərək texniki xidmət işlərini koordinasiya etmək;
- Kapital xərcləri planlaşdırmaq, aktivlərin istismar müddətini izləmək və texniki yenidənqurma layihələrinə dəstək göstərmək;
- Texniki sənədlərin, sertifikatların və hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq).
CV-lərinizi “Texniki menecer” başlığı altında Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.
Tələblər
- Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür);
- Texniki xidmət və ya müəssisə idarəçiliyi sahəsində minimum 10 illik ümumi iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 5 illik təcrübə;
- Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə olunması üzrə təcrübə;
- MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər;
- CMMS proqramları ilə iş təcrübəsi;
- Güclü liderlik, analitik düşünmə və ünsiyyət bacarığı;
- Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər;
- CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.