

Texniki Mütəxəssis(Naxçıvan)
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası
Ə/h razılaşma ilə
1265
Tam iş günü
Naxçıvan,
Azərbaycan
29.07.2025 10:23
-
29.08.2025 12:00
İş haqqında məlumat
- Təhlükə potensiallı obyektlərdə istismar olunan qurğu və avadanlıqların pasportlarının və istismar təlimatlarının bərpası;
- Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğu və avadanlıqlarda dağıdıcı olmayan üsullarla diaqnostika işlərinin aparılması (maqnit tozu üsulu, ultrasəs üsulu, nüfuzedici mayelər üsulu və vizual nəzarət üsulu);
- Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıq və texniki qurğuların ekspertizasının həyata keçirilməsi.
Üstünlük veriləcək bacarıqlar:
- Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıq və qurğular üzrə texniki sənədləşmə təcrübəsi;
- Dağıdıcı olmayan üsulla diaqnostika işləri üzrə praktiki bacarıqlar;
- Ekspertiza proseslərinin icrası və təhlili.
İş yeri: Naxçıvan, Azərbaycan.
Müraciət qaydası:
- Uyğun namizədlər CV-lərini mövzu hissəsində "Texniki Mütəxəssis - Naxçıvan" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (mühəndislik ixtisasları üzrə);
- Texniki norma və qaydalar üzrə biliklərə sahib olmaq;
- Sənaye sahəsində qurğu və avadanlıqlar üzrə texniki biliklər;
- MS Office (Word, Excel) proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və detallara diqqət yetirmə qabiliyyəti;
- Fikrini dəqiq və özünə əminliklə ifadə edə bilmək;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq və gərgin iş rejimində işləyə bilmək;
- Məsuliyyətli və dəqiq olmaq.