One Solution MMC

Texniki nəzarət üzrə mühəndis (tikinti sahəsi)

One Solution MMC
Ə/h razılaşma ilə
330
Tam iş günü
Bakı, Azərbaycan
30/04/2026 - 14/05/2026

İş haqqında məlumat

  • Sahə tərəfindən yazılan material tələb formalarının uyğunluğunu yoxlamaq, sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
  • Müəyyən edilmiş material, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq, işin gedişatını nəzarətdə saxlamaq, Layihə xərclərinin mütəmadi yoxlanılmasını icra etmək;
  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq və çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
  • Tikintisi başa çatmış obyektlərə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazimi sənədlərin təqdim edilməsi
  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq, aylıq və həftəlik hesabatlar təqdim etmək;
  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək
  • Əməkhaqqı məbləği: Müsahibə əsasında.
  • Həftənin iş günləri: Həftədə 6 gün

Tələblər

  • Cins: Kişi,
  • Yaş: 25 - 35 yaş aralığında
  • İş təcrübəsi müddəti: Minimum 3-5 il
  • Təhsil: Ali
  • Digər tələblər: Tikinti norma və qaydalarını bilmək;
  • 1C , MS Office Excel və Autocad proqramlarını yaxşı səviyyədə bilmək

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar