MEC DESIGN MMC

Texniki ofis mühəndisi

MEC DESIGN MMC
Ə/h razılaşma ilə
785
Tam iş günü
Bakı, Azərbaycan
07.10.2025 12:20 - 07.11.2025 12:00

İş haqqında məlumat

Uğurlu namizəd tender mərhələsindən iş başa çatana qədər layihələrin BOQ-larının hazırlanmasına və nəzərdən keçirilməsinə cavabdeh olacaq. Layihələrin vaxtında və büdcə daxilində çatdırılmasını təmin etmək üçün memarlar, mühəndislər, subpodratçılar və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcək.

  • Çizimlər və layihə spesifikasiyalar əsasında BOQ hazırlanması və nəzərdən keçirilməsi;
  • Görülmüş işlərə əsasən ilkin, aralıq və yekun hesabatların hazırlanması;
  • Layihə menecerləri ilə koordinasiyada layihə büdcələrinin monitorinqi və nəzarətini həyata keçirmək;
  • Tenderə hazırlıq, məsrəflərin təhlili və kəmiyyət ölçmələrinin hazırlanmasına dəstək verilməsi;
  • Texniki sənədlərin, hesabatların və layihə qeydlərinin hazırlanması və təqdim edilməsi;
  • Layihə tələblərinə uyğunluğu təmin etmək üçün dizayn və sahə qrupları ilə koordinasiyalı iş;
  • Xərclərə nəzarət və layihənin planlaşdırılması fəaliyyətlərində komandaya dəstək verilməsi;
  • Gündəlik olaraq işin gedişatını nəzərdən keçirmək;
  • Bütün layihələr üçün xərc təhlili hesabatlarının hazırlanması;
  • Görülmüş və görülməsi planlaşdırılan layihələr üçün cədvəllər hazırlamaq və bu hesabatları rəhbər heyətə təqdim etmək.

Nə təklif edirik:

  • 6 günlük iş qrafiki;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat;
  • Prestijli və yüksək səviyyəli layihələrdə işləmək imkanı;
  • Əməkdaşlıq və peşəkar iş mühit;
  • Karyera artımı və davamlı inkişaf imkanları;
  • Əmək haqqı, işçinin bilik səviyyəsinə əsasən müsahibə əsasında razılaşdırılacaq.

Dinamik komandamıza qoşulun və cəmiyyətlərə müsbət təsir göstərən ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi aramızda görməkdən məmnun olarıq!

Resume-lərinizi “Texniki Ofis Mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • İnşaat mühəndisliyi, Memarlıq və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Tikinti səhəsində Texniki Ofis Mühəndisi/Memar və ya oxşar rol kimi minimum 3 il sübut olunmuş təcrübə və ya layihə üzrə rəsmi sənəd;
  • Tikinti çertyojları, BOQ-nun hazırlanması üzrə güclü biliklər;
  • AutoCAD və MS Office proqramlarında işləmə bacarığı;
  • Birdən çox işi yerinə yetirə bilmək və tapşırıqları effektiv şəkildə prioritetləşdirmək bacarığı;
  • Azərbaycan və ingilis dillərini bilmək vacibdir.


Oxşar vakansiyalar