Bakı,
Azərbaycan
05/06/2026
-
19/06/2026
İş haqqında məlumat
- Texniki ofisin fəaliyyətinin təşkili, idarə olunması və iş bölgüsünün aparılması;
- Layihə sənədlərinin (çertyojlar, spesifikasiyalar, BOQ, shop drawing və s.) hazırlanmasına, yoxlanılmasına və təsdiq prosesinə nəzarət etmək;
- Tikinti işlərinin həcmlərinin hesablanmasını və texniki analizini həyata keçirmək;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- İcra sənədlərinin, as-built çertyojların və digər texniki sənədlərin hazırlanmasına nəzarət etmək;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək, texniki və kommersiya təkliflərini təhlil etmək;
- Subpodratçılar tərəfindən təqdim olunan texniki sənədlərin yoxlanılmasını və təsdiqə təqdim edilməsini təmin etmək;
- Layihə dəyişikliklərinin (variation order) hesablanmasını, sənədləşdirilməsini və razılaşdırılmasını həyata keçirmək;
- Material spesifikasiyalarının hazırlanmasına və layihə tələblərinə uyğunluğuna nəzarət etmək;
- Tikinti sahəsi, sifarişçi, layihəçi və subpodratçılar arasında texniki koordinasiyanı təmin etmək;
- Müqavilə şərtlərinə uyğun olaraq işlərin icrasına nəzarət etmək;
- İş qrafiklərinin hazırlanmasında iştirak etmək və icra vəziyyətini izləmək;
- Texniki sənəd dövriyyəsini və layihə üzrə arxiv sistemini idarə etmək;
- Texniki ofis əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və onların peşəkar inkişafına dəstək vermək;
- Tikinti norma, qayda və standartlarının tətbiqinə nəzarət etmək.
İş qrafiki: Tam ştat
Əmək haqqı: Razılaşma yolu ilə
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Texniki ofis sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəhbər vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;
- AutoCAD və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
- Primavera P6 və ya MS Project proqramlarında işləmək bacarığı;
- Tikinti norma və standartları üzrə biliklər;
- Analitik düşünmə və hesablama bacarığı;
- Liderlik, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Komanda ilə işləmək və yüksək məsuliyyət hissi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.