AzerFloat

Texniki qulluq və təmir üzrə növbə rəisi

AzerFloat
Ə/h razılaşma ilə
580
Növbəli iş
Bakı, Azərbaycan
14/01/2026 - 28/01/2026

İş haqqında məlumat

  • Növbədəki texniki qulluq və təmir işlərini planlamaq və təşkil etmək.
  • Texniki qulluq və təmir üzrə əməkdaşların gündəlik fəaliyyətlərini koordinasiya etmək və tapşırıqları bölüşdürmək.
  • Təmir işləri üçün lazım olan materialların, alətlərin və avadanlıqların təmin olunmasını nəzarətdə saxlamaq.
  • Texniki problemləri müəyyənləşdirmək və onların tez və effektiv həll olunması üçün tədbirlər görmək.
  • Təmir və qulluq işlərinin keyfiyyətini və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq.
  • Quraşdırma, texniki qulluq və təmir işlərinin düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
  • Avadanlıqların  performansını mütəmadi olaraq yoxlamaq və kənarlaşma halında  müdaxilə etmək.
  • Texniki qulluq və təmir işçilərinin təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək.
  • Texniki qulluq və təmir işlərinin qeydiyyatını aparmaq və işlərə dair hesabatları hazırlamaq.
  • Avadanlıqların vəziyyəti, görülmüş işlər və ehtiyat hissələrinin istifadəsi barədə müntəzəm hesabatlar təqdim etmək.
  • Mövcud avadanlıqların səmərəli istifadəsini təmin etmək və onların texniki vəziyyətini izləmək.
  • Yeni avadanlıqların quraşdırılmasına və mövcud sistemlərin təkmilləşdirilməsinə dair təkliflər vermək.

İş şəraiti: 

  • İş yeri: Sumqayıt şəhəri;
  • İş qrafiki: növbəli;
  • Sumqayıt və 20 Yanvar dairəsindən servis;
  • Könüllü Tibbi sığorta; 
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;

Tələblər

  • Ali təhsil, (Elektrik və Avtomatika mühəndisliyi üzrə olanlara üstünlük verilir);
  • Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
  • İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
  • MS Office; 
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);

Xüsusi bacarıqlar:

  • Komandanı idarə etmək bacarığı;
  • Effektiv ünsiyyət qurmaq bacarığı;
  • Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.