

Texniki rəssam (Gədəbəy- Ağdərə)
Azerbaijan International Mining Company
Ə/h razılaşma ilə
826
Tam iş günü
Bakı,
Azərbaycan
28.07.2025 23:28
-
28.08.2025 12:00
İş haqqında məlumat
- Emal sahəsində və ya xarici emalatxanalarda istehsalı planlaşdırılan ehtiyat hissələri, detallar və ya avadanlıqların ölçülərinin yerində dəqiq şəkildə götürülməsində fiziki iştirak etmək;
- Aparılmış ölçülər əsasında kompüter proqramları vasitəsilə detallı texniki çertyojların və layihə çizimlərinin hazırlanması;
- Görülmüş işlərə dair texniki məlumatların sistemləşdirilməsi və elektron məlumat bazasının formalaşdırılması;
- Texniki sənədlərin (çertyojlar, spesifikasiyalar, təlimatlar və s.) düzgün və vaxtında hazırlanmasını təmin etmək;
- Avadanlıqların quruluşu, iş prinsipi, keyfiyyət göstəriciləri və texniki istismar qaydaları nəzərə alınmaqla layihələrin hazırlanmasında iştirak etmək.
- Şirkətin təklif etdiyi imkanlar:
- Bilik, bacarıq və mövcud təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
- Davamlı peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- İş yerində gündəlik yemək və yaşayış təminatı;
- Aylıq mobil telefon istifadəsi üçün müavinət;
- Könüllü tibbi sığorta paketi;
- Yaşayış ünvanından iş yerinə gedib-gəlmə və daxili nəqliyyatla təmin olunma;
- Şirkət: Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin (AİMKLŞ);
- İş yeri: GƏDƏBƏY saziş sahəsi (Gədəbəy rayonu) / DƏMİRLİ saziş sahəsi (Ağdərə rayonu);
- İş qrafiki: Gündəlik iş saatlarına uyğun olaraq, cəmlənmiş uçot sistemi tətbiq edilməklə növbəli iş rejimi: 15 iş / 15 istirahət günü və ya 22 iş / 9 istirahət günü.
Tələblər
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas (peşə) təhsili;
- Aidiyyəti sahədə minimum 1 il iş təcrübəsi;
- Peşəkar səviyyədə AutoCAD proqramı biliyi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komandada işləmək, ünsiyyət qurmaq və əməkdaşlıq bacarığı;
- Yüksək analitik və məntiqi düşünmə, problem həll etmə və nəticə yönümlü yanaşma;
- Azərbaycan dili biliyi mütləqdir, xarici dil biliyi (ingilis) üstünlük hesab olunur.