Bakı,
Azərbaycan
05.05.25
-
05.06.25
İş haqqında məlumat
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanmasını aparmaq və cədvəllərini tərtib etmək;
- Tikinti hesabatlarını (Forma 2, Forma 3) tərtib etmək;
- Tikinti sahəsi üzrə texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanmasında və layihələndirmə üzrə tapşırıqların tərtib edilməsində iştirak etmək;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
- Layihə üzrə görülən işlərin iş planını hazırlamaq, layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatlar tərtib etmək;
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
- İş həcmlərinə nəzarət etmək, layihədə dəyişikliklər baş verərsə iş həcmləri cədvəllərində müvafiq düzəlişlər tərtib etmək;
- Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək;
- Tikinti prosesində dəyişikliklər və keyfiyyət yoxlamaları ilə bağlı sənədlərin düzgün aparılmasını təmin etmək.
Tələblər
- Ali təhsil (İnşaat üzrə);
- Microsoft Office proqramlarını (Excel, Word, Outlook) və AutoCad-i mükəmməl səviyyədə bilmək;
- Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
- İşçi layihələrin bütün bölmələrini oxuma bacarığı;
- Tikinti sənədləşməsini (aktlar, jurnallar və s.) bacarmaq;
- Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olmaq;
- Detallı və dəqiq hesablama bacarığı;
- Ezamiyyətə açıq olmaq.