Texniki şöbə supervayzeri /meneceri
Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
1142
Tam iş günü
Bakı,
Azərbaycan
06/11/2025
-
06/12/2025
İş haqqında məlumat
Nardaran İnvest MMC Texniki şöbə supervayzeri /meneceri vakansiyasını elan edir
Departament: Qonaqlama
İş saatları: Həftəlik 40 saat
Əmək haqqı: Uğurlu namizədin gözləntiləri nəzərə alınacaq
- İnşaat Departamentindən təhvil alınmış mənzil, kotec və villalarda baxış və texniki vəziyyətin qiymətləndirilməsi, obyektlərin satışa və ya qonaqlamaya hazır vəziyyətdə olmasının yoxlanılması;
- Rezidensiyalarda və qonaqlama obyektlərində yaranan xırda texniki nasazlıqların aradan qaldırılması, nöqsanlı otaqların kiçik həcmli təmir işlərinin təşkili və icrası;
- Müqavilə öncəsi baxış və dəyərləndirmə aparmaq, qonaqlamaya açılacaq mənzillərin texniki hazırlıq vəziyyəti ilə bağlı rəy vermək;
- Müqavilə sonrası obyektlərin təhvil-təslim prosesində iştirak, lazımi təmir işlərini təşkil etmək və obyektin istifadəyə tam yararlı vəziyyətdə rezidentə təqdim olunmasını təmin etmək;
- Qonaqlama obyektlərində gündəlik texniki baxışın aparılması və nasazlıqların operativ aradan qaldırılmasına nəzarət etmək;
- Yeni gələn qonaqlar üçün nəzərdə tutulan otaqların texniki və vizual baxımdan tam hazır vəziyyətdə olmasını təmin etmək;
- İri həcmli və əsaslı təmir işləri ilə bağlı rəy hazırlamaq, Kommunikasiya Departamentinə məlumat vermək, işin gedişatına nəzarət etmək və yekun hesabat təqdim etmək;
- Bölmənin işçi heyətinə rəhbərlik etmək, 16 nəfərlik komandanın fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
- İş qrafiki: 5/2 (saat 10:00 – 19:00);
- İş yeri: Sea Breeze Resort (Nardaran);
- Servis vasitəsilə işə gediş-gəliş təmin edilir;
- İş yerində nahar şirkət hesabına təqdim olunur;
- Əməkdaşlara könüllü tibbi sığorta paketi təqdim edilir.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Tələblər
- Ali təhsil (texniki ixtisas üzrə olması arzu olunandır);
- Qonaqlama və yaşayış obyektləri sahəsində, xüsusilə hotel və rezidensiyalarda minimum 3 il iş təcrübəsi;
- Elektrik, santexnika, isitmə və soyutma sistemləri, qazanxana istismarı və ümumi təmir işləri üzrə biliklər;
- İlkin kompüter bilikləri (MS Word, Excel), 1C proqramında işləmək bacarığı arzu olunandır;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
- Komanda idarəetmə və işin təşkilini təmin etmə bacarığı;
- İşin həllinə yönəlik düşüncə tərzi, operativ qərarvermə və məsuliyyətlilik;
- Fiziki dözümlülük, müxtəlif hava şəraitlərində (isti, soyuq, küləkli, yağışlı, qarlı) açıq sahədə işləmək bacarığı;
- B və C kateqoriyalı sürücülük vəsiqəsi.