Ağcabədi,
Azərbaycan
07/07/2026
-
21/07/2026
İş haqqında məlumat
- Zavodun istehsalat avadanlıqları və mühəndis-kommunikasiya sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Texniki xidmət, profilaktik baxış və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
- Avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmasını təşkil etmək;
- Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesini koordinasiya etmək;
- Texniki sənədləşmənin düzgün aparılmasını və enerji resurslarından səmərəli istifadəni təmin etmək;
- Texniki heyətin fəaliyyətini idarə etmək, iş bölgüsünü təşkil etmək və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Ehtiyat hissələri və texniki materiallara olan tələbatı müəyyənləşdirmək, aidiyyəti şöbələrlə əməkdaşlıq etmək;
- Zavodun texniki inkişafı, modernləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
- İş yeri: Ağcabədi rayonu;
- 6 günlük iş qrafiki (qısaldılmış);
- Əmək haqqı: razılaşma yolu ilə;
- Nahar: şirkət tərəfindən qarşılanır;
- Rayon və ətraf kəndlərə servis xidməti mövcuddur;
- İşçiyə ailəsi ilə yaşamağa ev verilir.
Tələblər
- Mexanika, Elektrik mühəndisliyi, Mexatronika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- İstehsalat müəssisəsində texniki rəhbər vəzifəsində minimum 5 il iş təcrübəsi;
- İstehsalat avadanlıqları, texniki xidmət və profilaktik təmir prosesləri üzrə bilik və təcrübə;
- Komandanı idarəetmə, planlaşdırma və operativ qərarvermə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
- Məsuliyyətli, liderlik və analitik düşünmə qabiliyyətinə malik olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun