Veysəloğlu Şirkətlər Qrupu

Texniki Supervayzer

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
783
Tam iş günü
Bakı, Azərbaycan
16/09/2026 - 30/09/2026

İş haqqında məlumat

Funksiya: Şirniyyat Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi (Nestle)Nescafe Professional Bölməsi

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-17:00/08:30-17:30/09:00-18:00

Ümumi məlumat:

  • Mexaniki, elektrik və avtomatika avadanlıqlarının təmiri və texniki xidmətinin təşkili, verilən tapşırıqların vaxtında və düzgün icrasına nəzarət etmək.

Vəzifə funksiyaları:

  • Mexaniki, elektrik və elektronika avadanlıqlarının təmiri və texniki xidmət işlərini təşkil etmək və nəzarət etmək;
  • Avtomatika sistemləri (maqnitişəsalıcı, rele, kontroller və s.) üzrə işlərin düzgün işləməsini təmin etmək və texniki problemlərin operativ həllini təmin etmək;
  • Texniki problemlərlə bağlı daxil olan zəngləri qəbul etmək, ilkin qeydləri aparmaq və məsələnin operativ həlli üçün müvafiq əməkdaşlara yönləndirmək;
  • Verilən texniki tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Ərazidə yoxlama işlərini həyata keçirmək;
  • Kollektivlə effektiv ünsiyyət qurmaq, komanda daxilində koordinasiyanı təmin etmək;
  • İstehsalat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə aparılmasına dəstək göstərmək.

Tələblər

  • Ali təhsil (elektrik, elektronika və ya əlaqəli sahə üzrə);
  • Mexaniki, elektrik və elektronik avadanlıqların təmiri sahəsində minimum 2 il iş təcrübəsi;
  • Avtomatika bilikləri (maqnitişəsalıcı, rele, kontroller və digər əlaqəli sistemlər);
  • İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
  • Ərazidə yoxlama işlərinin aparılması üçün şəxsi avtomobilə malik olmaq üstünlükdür;
  • Yaxşı ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Rus dili biliyi mütləqdir

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Nəqliyyat xidməti
  • Nahar ödənişi

Oxşar vakansiyalar