Bakı,
Azərbaycan
19/01/2026
-
02/02/2026
İş haqqında məlumat
Avensol beynəlxalq sənaye və enerji layihələri üzrə fəaliyyətini genişləndirir və komandamıza Mexanika (Mechanical) sahələri üzrə Texniki Təkliflər üzrə Mühəndislər dəvət edir. EPC, sənaye və enerji layihələri çərçivəsində texniki təkliflərin və tender sənədlərinin hazırlanmasında təcrübəsi olan peşəkar namizəd axtarılır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Bayıl Plaza
- Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifənin məqsədi:
- Layihələr üzrə texniki tələblərin təhlili, tender və pre-kvalifikasiya mərhələləri üçün yüksək keyfiyyətli texniki təkliflərin hazırlanması və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (İnşaat, Mexanika və ya oxşar ixtisas)
- EPC / sənaye / enerji layihələri üzrə texniki təkliflərin hazırlanmasında sübut olunmuş iş təcrübəsi
- Scope of Work, Method Statement, Technical Compliance, Datasheet və əlaqəli texniki sənədlər üzrə biliklər
- Tender və pre-kvalifikasiya sənədləri ilə işləmə təcrübəsi
- İngilis dilində texniki yazı və sənədləşmə bacarığı (mütləqdir)
- Analitik düşünmə və detallara diqqət
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.