Ibis Baku city

Texniki təmizlik üzrə Nəzarətçi (Stewarding Supervisor)

Ibis Baku city
Ə/h razılaşma ilə
48
Tam iş günü
Bakı, Azərbaycan
02/08/2026 - 09/09/2026

İş haqqında məlumat

  • Stewarding əməkdaşlarının gündəlik iş bölgüsünü və növbə cədvəlini təşkil etmək. 
  • Mətbəx, restoran və digər sahələrin təmizlik standartlarına uyğun saxlanılmasına nəzarət etmək. 
  • Qab-qacaq, stəkan, çəngəl-bıçaq, mətbəx avadanlıqları və digər inventarın yuyulmasını və düzgün saxlanmasını təmin etmək. 
  • Qabyuyan maşınların və digər stewarding avadanlıqlarının düzgün işləməsinə nəzarət etmək. 
  • Təmizlik vasitələrinin, kimyəvi maddələrin və digər materialların stokunu izləmək və vaxtında sifariş üçün məlumat vermək. 
  • İşçilərin gigiyena, sanitariya və təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək. 
  • HACCP və hotelin qida təhlükəsizliyi standartlarına uyğunluğa nəzarət etmək. 
  • Təmiz və çirkli qabların düzgün ayrılmasını və inventarın itkisiz idarə olunmasını təmin etmək. 
  • Qırılmış və ya itmiş inventarın qeydiyyatını aparmaq və rəhbərliyə hesabat vermək. 
  • Mətbəx və F&B şöbələri ilə koordinasiyalı işləmək. 
  • Xüsusi tədbirlər, banketlər və yüksək doluluq zamanı əlavə stewarding ehtiyaclarını planlaşdırmaq. 
  • İşçilərin təlimini, iş prosesinə uyğunlaşdırılmasını və performansını izləmək. 
  • Gündəlik təmizlik və iş prosesləri üzrə yoxlamalar aparmaq. 
  • İşçilərin iş təhlükəsizliyi qaydalarına və PPE istifadəsinə riayət etməsinə nəzarət etmək. 
  • Növbənin sonunda iş sahəsinin, avadanlıqların və inventarın vəziyyətini yoxlamaq.

Tələblər

  • Müvafiq sahədə ən azı 2 illik təcrübə
  • Komanda ilə işləmək və idarəetmə bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Gigiyena və təhlükəsizlik qaydaları haqqında bilik

Oxşar vakansiyalar