MAYAK Residence

Texniki xidmət üzrə operator

MAYAK Residence
Ə/h razılaşma ilə
2381
Tam iş günü
Bakı, Azərbaycan
19/05/2026 - 02/06/2026

İş haqqında məlumat

  • Yaşayış binasında liftlərin və digər texniki sistemlərin təhlükəsiz, fasiləsiz və düzgün fəaliyyətinə gündəlik nəzarəti həyata keçirmək;
  • Lift kabinələrinin, qapılarının, dispetçer panellərinin və işıqlandırma sistemlərinin saz vəziyyətdə olmasını yoxlamaq;
  • Liftdə xəta kodları, qapı ilişməsi, çağırış sistemində nasazlıq kimi halları təcili qiymətləndirib ilkin bərpa tədbirlərini görmək. 
  • Bina daxili alçaq gərginlikli elektrik şəbəkələrində (işıqlandırma, rozetkalar, açarlar, avtomatlar) yaranan sadə nasazlıqları operativ şəkildə aradan qaldırmaq və lampaları dəyişdirmək;
  • Liftdə sərnişinlərin (sakinlərin) qalması hallarında dərhal qəza-təxliyə təlimatına uyğun olaraq operativ tədbirlər görmək və sakinlərin təhlükəsiz çıxarılmasını təmin etmək;
  • Ciddi texniki nasazlıq, qəza və ya təhlükəli hal aşkar etdikdə dərhal rəhbərliyə və aidiyyəti xarici texniki servis xidmətlərinə (lift servisinə) məlumat vermək, prosesi koordinasiya etmək;
  • Lift maşınxanasının və lift avadanlıqlarının yerləşdiyi sahələrin qorunmasına, kənar şəxslərin müdaxilə etməməsinə nəzarət etmək;

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
  • İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)

Tələblər

  • Müvafiq istiqamət üzrə orta-texniki və ya peşə təhsili (Elektrik və lift bələdçisi istiqaməti üzrə sertifikatların olması üstünlükdür)
  • Lift sistemləri, dispetçer panelləri, A.G. elektrik şəbəkələrinə texniki xidməti (elektrik və ya lift operatorluğu) ilə ən az 1 il praktiki təcrübə.
  • Qəza-təxliyə prosedurları və təhlükəsizlik qaydalarını bilmək, stress altında operativ və sakit davranmaq.
  • İşin xarakteri nəzərə alınaraq Zığ qəsəbəsinə yaxın ərazidə yerləşən namizədlər üstünlük veriləcəkdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.