Bakı,
Azərbaycan
16.09.2025 11:50
-
16.10.2025 12:00
İş haqqında məlumat
- Texnologiya və Aşağı Gərginlik sistemlərinin layihələndirməsi;
- Texnologiya və Aşağı Gərginlik sistemlərinin təftişi, bərpası və nəzarəti;
- Texnologiya və Aşağı Gərginlik sistemləri üzrə audit yoxlamaların təşkili;
- Layihələrin idarə edilməsinə nəzarət;
- Texnologiya tələblərinin toplanması, ehtiyacların qiymətləndirilməsi;
- Quraşdırma, texniki xidmət, problemlərin aradan qaldırılması, lisenziyalaşdırma, konfiqurasiya və şəbəkə bağlantısı ilə əlaqədar bütün son istifadəçi qurğusu və proqram təminatı üçün sənədlərin hazırlanması;
- Xüsusi sistemlərin istismarına nəzarətin həyatə keçirilməsi;
- Layihələr üzrə risklərin analiz edilməsi;
- Avadanlığın və materialların hesabatının aparılması və sifarişinə nəzarət edilməsi;
- İşçi heyətin təhlükəsiz şəraitdə iş prinsiplərinə nəzarət edilməsi;
- Texnologiya və Aşağı Gərginlik sistemləri üzrə vendorlar ilə görüşlərin keçirilməsi;
- Texnologiya və Aşağı Gərginlik sistemləri üzrə qiymətlərin təsdiq edilməsi;
- Texnologiya və Aşağı Gərginlik sistemləri üzrə hesabatların hazırlanması.
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri: Bakı şəhəri (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq).
Xahiş olur CV-lərinizi ”Texnologiya və aşağı gərginlik üzrə aparıcı mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərəsiniz.
Tələblər
- Müvafiq sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ali təhsil;
- Təhlükəsiz iş yerinin yaradılması və iş prosesin prosedurlar üzrə aparılması sahəsində əsaslı biliklər;
- İnşaat təsvirlərini, o cümlədən mexaniki və elektrik təsvirlərini oxuma və başa düşmək bacarığı;
- Microsoft Office ilə işləmə bacarığı ;
- Analoq və rəqəmsal sistemlər üzrə müvafiq biliklər;
- Alət və avadanlığın iş prinsipləri üzrə əsaslı biliklər.