AAC MMC

Texnoloq

AAC MMC
Ə/h razılaşma ilə
10688
Tam iş günü
Bakı, Azərbaycan
19.09.2025 05:24 - 19.10.2025 12:00

İş haqqında məlumat

  • Xam maddələrin fiziki və kimyəvi göstəriciləri əsasında məhsulun reseptinin hazırlanması;
  • Prosesin optimallaşdırılması;
  • Xammal tələblərinin hazırlanması, Texnoloji prosesə nəzarət
  • Müəssisədə istehsalın texnoloji rejimini və texnoloji proseslərin texnoloji reqlamentə uyğun  aparılmasının  təmin edilməsi;
  • Məhsulun əməliyyatlar üzrə marşrutunu və işlərin yerinə yetirilməsi ardıcıllığının təyini;
  • Avadanlığın yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili planlarını tərtib edir, istehsalat gücünü və avadanlığın yüklənməsinin hesablanması;
  • Texnoloji normativləri, təlimatları, yığım sxemlərini, marşrut xəritələrini, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsini və başqa texnoloji sənədlərin işləyib hazırlanması;
  • Yeni texnoloji proseslərin hazırlanması və istehsala tətbiq edilməsi üzrə eksperimental işlərin aparılmasında, yeni texniki tapşırıqların işlənib hazırlanmasında, istehsal güclərinin vaxtlı-vaxtında istifadəsi, texnologiyanın təkmilləşdirilməsi üçün texniki təşkilati tədbirlərin işlənib hazırlanmasında iştirak;
  • Material sərfinin azalmasına, məhsulun əmək tutumunun aşağı salınmasına, əmək məhsuldarlığının artırılmasına istiqamətlənmiş istehsalın səmərəliliyinin artırılması tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak;
  • Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında, eləcə də buraxılan məhsul barədə gələn narazılıqların araşdırılmasında iştirak edir;
  • İş prosesində əməyin mühafizəsi və təhlükəszizlik texnikası qaydalarının tələblərinə əməl edir;
  • İş yerlərinin təmiz saxlanılması, alət və avadanlıqlardan  düzgün istifadə olunmasına riayət etmək.

İş barədə məlumat:

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossesi 47-ci km;
  • Əmək haqqı təcrübəyə əsasən;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş rejimi – Bazar ertəsi-Cümə günü, (saat 08:00-17:00).

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək Müraciət Et düyməsində göztərilən elektron poçt ünvanına göndərməlidirlər.

Tələblər

  • Təhsil: Ali bakalavr (Kimya sahəsi üzrə);
  • 25-45 yaş aralığında kişi namizədlərə üstünlük veriləcəkdir;
  • Aidiyyatı sahədə 2 ildən artıq iş təcrübəsi;
  • Kompyuter bilikləri – MS Office;
  • İngilis dili üstünlükdür;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Analitik düşünmə qabiliyyəti.