NM
Ə/h razılaşma ilə
392
Tam iş günü
Bakı, Azərbaycan
17/07/2026 - 31/07/2026

İş haqqında məlumat

  • Neft-mədən avadanlığının çertyojlarının hazırlanması və işlənməsi
  • Avadanlığın istehsalı üzrə texnoloji sənədlərin (texnoloji xəritə, marşrut vərəqi və s.) tərtib edilməsi
  • Digər texniki sənədlərin hazırlanması və aktuallaşdırılması
  • Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Anbarda məhsul dövriyyəsinin izlənməsi və uçotunun aparılması
  • İstehsal prosesində yaranan texniki məsələlərin həllində iştirak
  • İstehsalat sahəsi ilə mühəndis heyəti arasında texniki koordinasiyanın təmin edilməsi

İş şəraiti və təkliflərimiz

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
  • 5 günlük iş həftəsi, 2 gün istirahət
  • Əmək haqqı müsahibə nəticəsində razılaşma yolu ilə müəyyən edilir
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
  • Sabit və mehriban iş mühiti

Tələblər

  • Ali təhsil — mühəndis-mexanik ixtisası üzrə
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • AutoCAD proqramında sərbəst işləmə bacarığı
  • MS Office proqramlarında (Word, Excel) sərbəst işləmə bacarığı
  • Neft-mədən avadanlığının növlərini və iş prinsiplərini yaxşı bilmək
  • Texnoloji sənədlərin hazırlanması üzrə bilik və təcrübə
  • Texniki çertyojları oxumaq və şərh etmək bacarığı
  • Məsuliyyətlilik, detallara diqqət və komandada işləmə bacarığı
  • Analitik düşüncə və problemləri müstəqil həll etmə qabiliyyəti

Üstünlük sayılır

  • SolidWorks, KOMPAS-3D və ya digər CAD proqramlarında iş təcrübəsi
  • İstehsalat müəssisəsində (maşınqayırma, metal emalı) iş təcrübəsi
  • Rus və ya ingilis dilində texniki sənədlərlə işləmə bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun