Neftçala,
Azərbaycan
07.07.2025 00:00
-
07.08.2025 00:00
İş haqqında məlumat
- Balıq və balıq məhsullarının (hisə verilmiş, dondurulmuş və s.) istehsal proseslərinə texnoloji nəzarətin həyata keçirilməsi;
- Texnoloji sənədlərin (reseptura, texnoloji təlimat və s.) hazırlanması və təkmilləşdirilməsi;
- Xammal qəbulu zamanı keyfiyyət göstəricilərinin yoxlanılması və qiymətləndirilməsi;
- Tullantıların azaldılması və resurslardan səmərəli istifadə ilə bağlı təkliflərin hazırlanması;
- Audit yoxlamaları üçün texnoloji sənədlərlə hazırlıq və onların təqdim edilməsi;
- Yeni çeşid məhsulların hazırlanmasında iştirak;
- İşçi heyətinə texnoloji və keyfiyyət normaları üzrə təlimlərin keçirilməsi;
- İstehsalat avadanlıqlarının iş prinsiplərinə nəzarət və texniki dəstəyin verilməsi;
- Keyfiyyət standartlarına əməl olunmasına nəzarət;
- Gündəlik istehsal hesabatlarının hazırlanması;
- Təmizlik və sanitariya qaydalarının yerinə yetirilməsinə nəzarət;
- İstehsalda istifadə olunan xammal və materialların düzgün istifadəsini təmin etmək;
- Yeni texnologiyaların tətbiqi və istehsal proseslərinin təkmilləşdirilməsi üzrə araşdırmalar aparmaq;
- İstehsal olunan məhsulların laborator analizlərini qiymətləndirmək və keyfiyyətə uyğunluğunu təmin etmək;
- ISO 22000:2018, ISO 9001:2015, HACCP və Azərbaycan Qida Təhlükəsizliyi normativləri ilə işləmə bacarığı;
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar komandada iş mühiti;
- Təcrübə və bacarığa uyğun yüksəlmə perspektivi;
- Şirkət tərəfindən nahar təmin edilir;
- Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək;
- Ünvan: Neftçala şəhəri.
Müraciət Qaydası:
CV-lərinizi “Texnoloq - mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (Qida mühəndisliyi, biologiya, mikrobiologiya və ya əlaqəli sahələr üzrə);
- İstehsalat sahəsində minimum 5 il təcrübə;
- Sürətli öyrənmə və tətbiqetmə bacarığı;
- Dəqiq, məsuliyyətli və təşəbbüskar olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dili biliyi mütləqdir, rus dili biliyi isə arzuolunandır.