Bakı,
Azərbaycan
10/12/2025
-
17/12/2025
İş haqqında məlumat
- Həkimin təlimatı əsasında tibbi prosedurların icra edilməsi
- Xəstələrin vəziyyətinin mütəmadi müşahidəsi və qeydlərin aparılması
- Xəstələrə dərmanların düzgün və vaxtında verilməsi
- Tibbi avadanlıqların təmizliyi və sterilizasiyasının təmin olunması
- Manipulyasiya otağında steril şəraitin qorunması
- Təcili hallarda ilkin tibbi yardım göstərilməsi
- Xəstələrlə etik davranış, ünsiyyət və məlumatlandırmanın təmin edilməsi
- Tibb sənədləşməsinin düzgün və vaxtında aparılması.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
İş rejimi:
- Növbəli
- Nahar şirkət tərəfindən verilir
Tələblər
- Orta tibb təhsil müəssisələrini “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə bitirməlidir.
- Ən azı 2 il əmək stajına malik olanlara üstünlük veriləcək.
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına malik olmalıdır.
- Məsuliyyətli, diqqətli, işçilərinə dair tələbkar
- Komanda iş və sürətli qərarlar bacarıqları önəmlidir.
Müraciət üçün: Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb bacısı” qeyd edərək Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.