Qubadlı,
Azərbaycan
16.07.2025 12:49
-
16.08.2025 12:00
İş haqqında məlumat
- İşçilərə ilk tibbi yardım göstərmək (kəsik, yıxılma, əzilmə, günvurma və s.).
- Qəzalar və qəfil hallarda (ürək tutması, allergik reaksiyalar) dərhal müdaxilə etmək.
- Təcili yardım gələnə qədər zəruri tədbirləri görmək.
- Qəzaya uğrayan şəxs barədə ilkin tibbi akt və qeydiyyat forması doldurmaq.
- səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslarını; müalicə-profilaktika, sanitar-profilaktika müəssisələrinin təşkilati strukturunu, onların fəaliyyətinin əsas aspektlərini; xəstəliklərin terapiyası və profilaktikasının müasir metodlarını; xidmət göstərdiyi əhalinin sağlamlıq vəziyyətinin göstəricilərini; tibbi alət və avadanlıqlarla iş zamanı təhlükəsizlik texnikası qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, istehsalat sanitariyası və qaydalarını. müalicə-diaqnostika, xəstəliklərin profilaktikası prosesində, sağlam həyat tərzinin təbliğində tibb işçisinin rolunu və vəzifələrini;
- İşçilərin gündəlik sağlamlıq vəziyyətini vizual yoxlamaq (xüsusilə ağır işlərdən əvvəl).
- Yeni işə başlayanların səhhət sənədlərini yoxlamaq.
- İşçiləri müntəzəm olaraq profilaktik baxışa yönləndirmək (ixtisaslı həkimlərə).
- Yoluxucu xəstəliklər, və s. üçün epidemioloji müşahidə aparmaq.
- Tikinti sahəsində sanitar şəraitin və təmizlik rejiminin nəzarətdə saxlanılması.
- Əl yuma yerləri, sanitar qovşaqlar, yeməkxana və istirahət yerlərinin tibbi-gigiyenik vəziyyətinin yoxlanması.
- İçməli su, ərzaq məhsullarının gigiyenik tələblərə uyğunluğunu yoxlamaq
- Sağlamlıqla bağlı uyğunsuzluqlar aşkar etdikdə işçiləri işdən müvəqqəti kənarlaşdırmaq səlahiyyəti.
- Tibbi yardım üçün istifadə olunan dərman və avadanlıqların komplektliyinə nəzarət
- Tibbi ləvazimatlar və dərman preparatlarının vaxtında yenilənməsi üçün müraciət etmək.
- Xəstələrə müalicə-profilaktika müəssisələrində və sanitar-profilaktika, kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilk təxirəsalınmaz tibbi yardım göstərir. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır Daha çox rast gəlinən xəstəliklərin tipik hallarının diaqnostikasını aparır və müalicə təyin edir, resept yazır, xəstəliklərin terapiyası və profilaktikasının müasir metodlarını tətbiq edir. Həkiməqədər təcili yardım göstərir, həkimə cərrahlıq əməliyyatları və mürəkkəb proseduralar zamanı assistentlik edir, normal doğuşları qəbul edir. Cari sanitariya nəzarətini və epidemiya əleyhinə tədbirləri həyata keçirir. Əhali arasında sanitariya maarifinin, o cümlədən, gigiyenik tədris və tərbiyə işinin, sağlam həyat tərzinin təbliği işini aparır. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir.
- Hər bir tibbi hadisə barədə jurnalda qeyd aparmaq (hadisənin tarixi, səbəbi, müdaxilə forması).
- Müəssisənin əmək mühafizəsi şöbəsi və ya rəhbərlik üçün aylıq tibbi hesabat hazırlamaq.
- Qəzaların statistikasını aparmaq və təhlükəli tendensiyaları müəyyənləşdirmək.
- İşçilərə ilk tibbi yardım təlimləri keçirmək.
- İstilik vurması, allergiya, toz və kimyəvi maddələrin təsiri barədə təlimatlandırma aparmaq.
- Sanitar qaydalarla bağlı maarifləndirici lövhələrin sahədə yerləşdirilməsini təşviq etmək.
- Sahə mühəndisi, təhlükəsizlik üzrə mütəxəssis, ətraf mühit üzrə mütəxəssislə davamlı koordinasiya yaratmaq.
- Qəzalar və sağlamlıq riski hallarında məsul şəxslərə vaxtında məlumat vermək;
- 6 günlük iş qrafiki;
- İş yerinin ünvanları: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək).
Tələblər
- İş stajı; 2-5 il;
- Yaş həddi: 27-55;
- Qeyd: Bəy namizədlərə üstünlük veriləcək.