Bakı,
Azərbaycan
05/03/2026
-
19/03/2026
İş haqqında məlumat
- Şirkətin məhsullarını təyin olunmuş ərazi üzrə apteklərdə həkim və əczaçılara tanıtmaq;
- Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Məhsulların satışını təmin etmək;
- Qoyulan planların yerinə yetirilməsi;
- Satış dinamikasının izlənilməsi və təhlili;
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlanılması;
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görülməsi;
- Şirkətin məhsullarının apteklərdə olunmasını təmin etmək;
- Bazar araşdırması etmək və satış kanallarını artırılması;
- Apteklərdən nutrientlər üzrə rəy alınması;
- Yeni apteklərin cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak edilməsi.
- Apteklərə sifariş olunmuş məhsulların vaxtında çatdırılmasına nəzarət etmək, zəruri hallarda məhsulların apteklərə çatdırılmasında iştirak etmək;
- Təyin olunmuş apteklərdən, depolardan ödənişlərin (nağd və ya köçürmə üzrə sənədlərin) toplanması və müvafiq qaydada şirkətə təqdim olunmasını təmin etmək;
- Apteklərdə məhsul qalığının monitorinqini aparmaq və ehtiyac olduqda əlavə sifarişlərin formalaşdırılmasını təmin etmək;
- Anbar və satış nöqtələri ilə koordinasiyalı şəkildə işləyərək sifarişlərin düzgün icrasına nəzarət etmək;
İş şəraiti:
- İş rejimi: 5 gün (I–V günlər)
- İş saatları: 09:00 – 18:00
- İstirahət günləri: Şənbə və Bazar
- Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsibbəy Yusifbəyli küçəsi
Təklif olunur:
- Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək)
- Peşəkar və inkişaf yönümlü iş mühiti
Tələblər
- Ali və ya orta təhsil;
- Tələbə olmaması;
- Maşının olması üstünlükdür;
- Dərman və ya bioloji aktiv qida məhsullarını satan şirkətlərdə iş təcrübəsi (ən azı 2 il)
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
- Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını bilməli;
- Komanda da işləmə bacarığı;
- Çevik və işgüzar olması;
- Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.
Peşəkarlıq tələbləri:
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı qabiliyyəti;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə
- Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.