hrin.az
Reklam

Tibbi Nümayəndə

Orzax

Əmək haqqı: 800-1200 ₼

168718 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Təsvir

Vəzifənin məqsədi

Tibbi Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.

Bu vəzifə satış yönümlü deyil, əsas məqsəd məhsulların həkimlər

tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.



İş öhdəlikləri

  • Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
  • Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
  • Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
  • Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
  • Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
  • Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək


Tələblər

Namizədə tələblər

Təhsil (aidiyyatlı ixtisaslar):

Ali təhsil

Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya sahələri üzrə ali təhsil üstünlükdür.


Minimum 2 il Tibbi tanıtım nümayəndəsi olaraq təcrübə

Digər tələblər:

  • Mövcud həkim portfelinə sahib
  • Peşəkar kommunikasiya bacarığı, nəticəyönümlülük
  • Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
  • Səyyar iş rejiminə uyğunluq
  • MS Office bilikləri


  • İş rejimi: 09:00-18:00 I-V gün (sahə işi)



Təklif etdiklərimiz

  • 800-1200 əmək haqqı +bonus sistemi
  • Qidalanma kartı
  • Yol xərci və ya avtomobili olanlara benzin kartı
  • Davamlı təlim və inkişaf imkanları
  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Reklam