Ticari marketinq üzrə Mütəxəssis / Trade marketing Specialist
Storm Solutions MMC
Ə/h razılaşma ilə
173
Tam iş günü
Bakı,
Azərbaycan
18/09/2026
-
02/10/2026
İş haqqında məlumat
- Təsdiqlənmiş marketinq planlarının, kampaniya və aktivasiya proqramlarının icrasına dəstək və koordinasiya;
- Satış nöqtələrində məhsulların düzgün yerləşdirilməsinə və brend standartlarına nəzarət, yeni məhsul lansmanlarında iştirak;
- POSM materiallarının (banner, poster, stend, rəf, qiymət göstəriciləri) hazırlanması, paylanması və düzgün istifadəsinin yoxlanılması;
- Satış nöqtələrinin brendinq ehtiyaclarının müəyyən edilməsi və rəqiblərlə müqayisəli görünürlük qiymətləndirilməsi.
- Bakı və regionlarda mütəmadi market görüşlərin keçirilməsi (mövcudluq, yerləşdirmə, qiymət, promo material, rəqib fəaliyyəti üzrə); nəticələrin foto-hesabat formatında təqdimi;
- Rəqib brendlərin qiymət, endirim, bonus, POSM, diler/usta kampaniyaları və yeni məhsul təqdimatlarının izlənməsi və aylıq hesabatının hazırlanması;
- Həftəlik/aylıq marketinq hesabatları, KPI monitorinqi və toplanmış məlumatlar əsasında təkmilləşdirmə təklifləri.
- Diler/pərakəndə satıcıların kampaniyalarının icrasında iştirak; başlanğıcdan əvvəl satış nöqtələrinin materiallarla təminatına nəzarət;
- Kampaniya müddətində nəticələrin izlənməsi, bitdikdən sonra satış göstəriciləri ilə müqayisəli analiz və rəy əsasında təkliflərin hazırlanması.
- Satış komandası ilə gündəlik koordinasiya, bazar/müştəri rəylərinin toplanması və marketinq materiallarının vaxtında təmini;
- Regional komandaların marketinq ehtiyaclarının və prioritet satış nöqtələrinin müəyyənləşdirilməsi;
- Diler və pərakəndə satıcılarla əlaqə: rəyləri toplama, brend/promo ehtiyacların müəyyənləşdirilməsi, kampaniyaların düzgün kommunikasiyası.
Tələblər
- Ali təhsil — Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr;
- 0–2 il marketinq/trade marketing/sales support təcrübəsi (FMCG və ya tikinti materialları sektorunda üstünlük);
- MS Excel və PowerPoint bilikləri, məlumat toplama və ilkin analiz bacarığı;
- Sahədə işləməyə və mütəmadi səfərlərə hazırlıq;
- Azərbaycan dili sərbəst, ingilis/rus dili üstünlükdür.
Tələb Olunan Kompetensiyalar
- Komandada işləmək və effektiv ünsiyyət bacarıqları.
- Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma.
- Analitik düşüncə və müştəri ehtiyaclarını düzgün müəyyən etmək bacarığı.
- Ezamiyyələrə gedə bilmək imkanı.
- Sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi.