Bakı Metropoliteni

Tikinti layihələrinin idarə olunması departamenti – Geodezist

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
350
Tam iş günü
Bakı, Azərbaycan
23/09/2026 - 06/10/2026

İş haqqında məlumat

“Bakı Metropoliteni” QSC olaraq tikinti üzrə layihələrin icrasına nəzarətin həyata keçirilməsi məqsədilə sifarişçi təşkilata Geodezist vəzifəsinə işə qəbul elan edirik.

Sizi hansı öhdəliklər gözləyir?

  • Metro tunelləri, stansiyalar, şaxtalar və digər yeraltı qurğular üzrə geodeziya işlərinə nəzarətin həyata keçirilməsi;
  • Podratçı təşkilatlar tərəfindən aparılan geodeziya ölçmələrinin, icra sxemlərinin və hesabatların yoxlanılması;
  • Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, normativ-texniki tələblərə və geodeziya dəqiqlik göstəricilərinə uyğunluğunun təmin edilməsi;
  • Dövlət geodeziya şəbəkələri və tikinti geodeziya əsaslandırma məntəqələri ilə bağlı işlərin koordinasiyası;
  • Tunel qazıntıları zamanı plan, profil və istiqamət parametrlərinin monitorinqi;
  • Deformasiya, çökmə və yerdəyişmə müşahidələrinin nəticələrinin təhlili və hesabatların hazırlanması;
  • Geodeziya işləri üzrə texniki sənədlərin, rəylərin və aktların hazırlanması;
  • Podratçı və layihə təşkilatları ilə texniki məsələlərin əlaqələndirilməsi;
  • Tikinti sahəsində geodeziya işlərinin normativ sənədlərə uyğun aparılmasına nəzarət.

Tələblər

  • Geodeziya, Markşeyderiya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Geodeziya sahəsində minimum 5 il iş təcrübəsi;
  • Tunel, metro, dəmir yolu, şaxta və digər yeraltı tikinti obyektlərində iş təcrübəsinə üstünlük verilir;
  • Geodeziya cihazları (Total Station, GNSS, rəqəmsal nivelir və s.) ilə işləmək bacarığı;
  • AutoCAD, Civil 3D və digər müvafiq proqram təminatları ilə işləmək bacarığı(BIM və 3D modelləşdirmə proqramları ilə işləmək bacarığı əlavə üstünlükdür);
  • Tikinti norma və qaydaları, geodeziya işlərinin aparılması üzrə normativ sənədlər barədə biliklər;
  • Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı;
  • Texniki hesabatların və icra sənədlərinin hazırlanması üzrə təcrübə;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab edilir.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.