Bakelektro

Tikinti meneceri

Bakelektro
Ə/h razılaşma ilə
570
Tam iş günü
Bakı, Azərbaycan
17.10.2025 10:13 - 17.11.2025 12:00

İş haqqında məlumat

  • Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
  • İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin edir,
  • Tikinti obyektləri üçün lazımi sənədlərin alınmasını təmin edir;
  • Material, işçi heyəti və podratçı ehtiyaclarını əvvəlcədən müəyyən edir
  • Tikinti işlərinin idarə olunmasını təşkil etmək, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir; 
  • Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil edir 
  • Layihələri razılaşdırılmış müddətə,ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə yetirilməsini təmin edir
  • Tikintidə istifadə olunan materiallara və onların xüsusiyyətlərinə nəzarət edir
  • İnşaatın bütün mərhələlərində keyfiyyətə nəzarət səviyyəsini və SƏTƏM üzrə prosedurların içrasını təmin etmək üçün tikinti sahəsini yoxlayır;
  • Günlük və aylıq məruzələr hazırlamaq və təqdim edir 
  • Xərclər barədə məlumatları müəyyən olunmuş formalarda hazırlamaq
  • Tikinti sahəsində daşınma işlərini həyata keçirir;
  • Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlayır;
  • Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak etmək;
  • Mal material və vasitələrin smetaya uyğun şəkildə xərclənməsinə və istifadəsinə nəzarət edir ;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edir;
  • Tabeliyində olan işçilərin əmək haqlarının artırılması və vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verir;
  • Səlahiyyəti daxilində istehsalın yaxşılaşdırılmasına maksimal dərəcədə əmək sərf etməli, həmçinin şirkətin inkişafında şəxsi rolunun da olduğunu dərk etməlidir.   

İş barədə:

  • İş rejimi:tam iş rejimi, 6 gün;
  • Iş saatı:,08:00-18:00, şənbə günü qısaldılmış iş günü;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək Haqqı müsahibə zamanı təyin olacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Tikinti meneceri" qeyd edərək CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Yaş: 25-40;
  • Təhsil: Ali;
  • Dil: İngilis dili - əla;
  • İş təcrübəsi: müvafiq sahədə min.3 il;
  • BƏY namizədlərə üstünlük verilir.


Oxşar vakansiyalar