Bakı,
Azərbaycan
24/04/2026
-
24/05/2026
İş haqqında məlumat
- Cəmiyyətin tikinti sahələrində tikinti-quraşdırma işlərinin işçi çertyojlarına, layihə sənədlərinə, istehsalat planlarına və normativ sənədlərə uyğun yerinə yetirilməsini təmin etmək;
- Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və işlərin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Gündəlik sahə işlərinin təşkili və icrasına texniki nəzarəti həyata keçirmək;
- Layihələndirmə, tikinti, istehsalat, əməyin təşkili və texniki nəzarət üzrə işlərin icrasında iştirak etmək;
- İşlərin icra müddətlərinə riayət olunmasına nəzarət etmək və aşkar edilmiş uyğunsuzluqlar barədə layihə rəhbərinə məlumat vermək;
- Lazımi texniki məlumatları, iş göstəricilərini və nəticələri öyrənmək, təhlil etmək, ümumiləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
- İş qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri hazırlamaq və aparmaq;
- Texniki sənədlərin düzgünlüyünü yoxlamaq, avadanlığın vəziyyətinə və düzgün istismarına nəzarət etmək;
- Aşkar olunmuş çatışmazlıqların və nasazlıqların səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
- Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək
- 5 günlük 9:00- 18:00
- Bakı şəhəri
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
• - Sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Texniki sənədlərlə və çertyojlarla işləmə bacarığı;
- AutoCAD və digər mühəndis proqramları ilə işləmə bacarığı;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Komandada işləmə bacarığı;
- Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır.
Müraciət:[email protected]