Modern Construction Group

Tikinti rəhbəri

Modern Construction Group
Ə/h razılaşma ilə
2927
Tam iş günü
Bakı, Azərbaycan
16.09.2025 12:16 - 16.10.2025 12:00

İş haqqında məlumat

  • Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak etmək;
  • Tikinti işlərinin idarə olunmasını təşkil etmək, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirmək;
  • Tikinti işləri üzrə sənədləşmənin aparılmasına rəhbərlik etmək;
  • Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil etmək;
  • Tikinti və istehsalat işləri üzrə təqdimatlar hazırlayıb, Rəhbərliyə təqdim etmək;
  • Layihələri razılaşdırılmış müddətə,ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə yetirilməsini təmin etmək;
  • Tikintidə istifadə olunan materiallara və onların xüsusiyyətlərinə nəzarət etmək;
  • İnşaatın bütün mərhələlərində keyfiyyətə nəzarət səviyyəsini və SƏTƏM üzrə prosedurların içrasını təmin etmək üçün tikinti sahəsini yoxlamaq;
  • Material və vasitələrin smetaya uyğun şəkildə xərclənməsinə və istifadəsinə nəzarət etmək;
  • Tikinti-quraşdırma işçilərinin işinə nəzarət etmək, istehsal planlarını tikinti planlarına uyğun olaraq komandaya və ayrı-ayrı işçilərə paylamaq, işin müddətinə və keyfiyyətinə nəzarət etmək.

İş haqqında məlumat:

  • Ələt azad iqtisadi zona;
  • Servis: var;
  • İş qrafiki - 6 gün ;
  • Əmək haqqı musahibə zamanı təyin ediləcək.

Xahiş olunur, ancaq qeyd edilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tikinti rəhbəri” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Tələblər

  • İnşaat Mühəndis ixtisası üzrə ali təhsil;
  • Yaş həddi: 35-55 yaş;
  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
  • Dil: Azərbaycan, İngilis və Rus dilləri;
  • Tikinti sahəsinə aid qərarları, əmrləri, sərəncamları, metodik və normativ materialları;
  • Layihə işinin əsaslarını;
  • Əsaslı tikinti və istehsalat işlərinin aparılmasını;
  • İdarəetmə, tikinti sahələri üzrə ali təhsil;
  • Komputer bilikləri: Microsoft Office və AutoCAD;
  • İşə məhsuliyyətli yanaşmaq;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar  inkişaf, hesabat yazma səriştəsi.


Oxşar vakansiyalar