Bakı,
Azərbaycan
02/06/2026
-
16/06/2026
İş haqqında məlumat
- Sahədə işlərin layihə planına uyğun icrasını təmin etmək
- Sahə Mühəndislərinə tapşırıqlar vermək və onların işini koordinasiya etmək
- Briqadirlərin fəaliyyətinə nəzarət və iş bölgüsünü təşkil etmək
- Material və avadanlıqların sahədə vaxtında və düzgün istifadəsini təmin etmək
- Tikinti sahəsində Keyfiyyət və SƏTƏM qaydalarına əməl olunmasına nəzarət etmək
- Sahədə texniki problemlərin dərhal həllini təmin etmək və layihə rəhbərini məlumatlandırmaq
- Gecikmə, risk və dəyişiklik halları barədə layihə rəhbərliyinə vaxtında məlumat vermək
- Podratçı və subpodratçıların sahədə işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun icrasına nəzarət etmək
- Sahə hesabatlarının hazırlanması və arxivləşdirilməsini təmin etmək
Funksiyalar
- Layihə sahəsində tikinti işlərinin gündəlik icrasının təşkili və idarə olunması
- Sahədə işçi qüvvəsi, avadanlıq və materialların düzgün istifadəsinə nəzarət
- Layihə qrafiklərinə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi
- Sahədə əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) tələblərinə əməl olunmasına nəzarət
- Sahə Mühəndisləri və Briqadirlər vasitəsilə işlərin düzgün koordinasiyasının təmin olunması
- Podratçı və subpodratçı işlərinin sahədə nəzarətinin həyata keçirilməsi
- Layihə rəhbərliyi üçün gündəlik və həftəlik hesabatların hazırlanması
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaların icrası
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Sea Breez ərazisində yerləşir.
Tələblər
- Ali təhsil (tikinti və ya əlaqəli sahələr üzrə);
- Tikinti və ya layihə sahəsində minimum 3–5 il iş təcrübəsi;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.