Azerbaijan SuperMarket

Tikinti üzrə kiçik mühəndisi

Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
497
Tam iş günü
Bakı, Azərbaycan
16/03/2026 - 30/03/2026

İş haqqında məlumat

  • Tikinti işlərinə nəzarətdə dəstək
  • Podratçı tərəfindən tikintinin layihənin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğuna nəzarət etmək, binanın istismara verilməsi ilə bağlı işin həyata keçirilməsinə nəzarət edib rəhbərliyi mütəmadi məlumatlandırmaq. 
  • Yeni inşa olunacaq binalar üçün dövlət qurumlarına icazə məktublarını yazmaq.
  • Tikinti iş qrafikləri və tikinti materaillarının çatdırılma ardıcıllığı, anbarlaşdırılması və düzgünlüyünə nəzarət etmək.
  • İşin təkmilləşdirilməsi üçün risklər və imkanlar barədə məlumatları vaxtında yuxarı rəhbərliyə hesabat vermək
  • Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək və gecikən işlərlə bağlı səbəbləri araşdırıb rəhbərliyə məlumat vermək.
  • Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla binaların təslim edilmə proseslərində iştirak etmək və qüsur/əskiklərin aradan qaldırılması prosesində iştirak etmək.
  • Avadanlıqların quraşdırılma prosesinə nəzarət etmək.
  • Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək

Əmək şəraiti:

  • həftəni 5 günü, saat 09:00-18:00
  • iş yeri: Bravonun istismar obyektləri

Tələblər

  • Layihə nəzarəti ilə bağlı texniki bacarıq və tikinti mühəndisliyi üzrə 1 ildən 3 ilədək təcrübə
  • Bakalavr dərəcəsi və ya ekvivalenti 
  • Bütün fərdlər və şəxslərlə açıq ünsiyyət və işləmək bacarığı, son dərəcə gülərüz, həvəsli və nəcib xüsusiyyətə malik olmaq 
  • Düzgün iş prosesini inkişaf etdirmə bacarığı
  • Layihələri oxuma bacarığı
  • Şəxslərarası mükəmməl ünsiyyət və analitik bacarıqlara malik olmaq
  • Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı
  • Mükəmməl təqdimat bacarığı
  • Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti
  • Sınaqdan keçirilən şəxslərarası, şifahi və yazılı ünsiyyət bacarıqları.
  • Vaxtını düzgün təşkil etmək
  • Microsoft Office (məs; Word, Excel, Outlook, PowerPoint) həmçinin CAD software (AutoCAD) kimi kompüter  və şirkətin kommunikasiya vasitələrini istifadə edərək, öz səriştəsini nümayiş etdirmək
  • Yaxşı komanda iştirakçısı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.