Tikinti üzrə Layihə Rəhbəri

Electro İndustries QSC
Ə/h razılaşma ilə
599
Tam iş günü
Bakı, Azərbaycan
17.10.2025 12:00 - 17.11.2025 12:00

İş haqqında məlumat

  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanması;
  • Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və təsdiq üçün təqdim edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını ;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
  • Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma;
  • müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
  • Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət.

İş şəraiti:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş saati: həftənin 6 günü.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili 
  • Təhsili: ali 
  • Yaş həddi: 25-55 yaş
  • İş təcrübəsi: minimum 3 il təcrübə
  • Komputer bilikləri: MS Office ( Word, Excell), Auto Cad proqramlarında işləməyi bilməli;
  • Punktual və məsuliyyətli olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
  • Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
  • Layihələri oxumağı və təhlil etməyi bilməli;Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
  • Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir.


Oxşar vakansiyalar