Kontinent İnşaat

Tikinti üzrə Layihə Rəhbəri

Kontinent İnşaat
1500 - 2500 ₼
173
Tam iş günü
Bakı, Azərbaycan
31/07/2026 - 14/08/2026

İş haqqında məlumat

  • Tikinti və təmir layihələrinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək
  • Layihələrin təsdiq olunmuş büdcə, keyfiyyət və vaxt qrafikinə uyğun həyata keçirilməsini təmin etmək
  • Sifarişçi, podratçı, subpodratçı və layihə iştirakçıları arasında koordinasiyanı təşkil etmək
  • Tikinti sahəsində görülən işlərə nəzarət etmək, iş həcmlərini və keyfiyyətini qiymətləndirmək
  • Texniki baxışların keçirilməsini, ölçmələrin aparılmasını və ilkin məlumatların toplanmasını təşkil etmək
  • BOQ, smeta, iş qrafiki, Forma-2 və digər layihə sənədlərinin hazırlanması və yoxlanılmasını koordinasiya etmək
  • Materialların, avadanlıqların və texnikanın səmərəli istifadəsinə nəzarət etmək
  • Layihə üzrə görülən işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək
  • Tikinti norma və qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək
  • Layihə zamanı yaranan texniki və təşkilati məsələlərin operativ həllini təmin etmək

Əmək haqqı-1500-2500 AZN


 

Tələblər

  • Tikinti mühəndisliyi, mülki tikinti və ya əlaqəli ixtisas üzrə ali təhsil
  • Tikinti layihələrinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi
  • Tikinti texnologiyaları, layihələndirmə və smeta işləri üzrə biliklər
  • Tikinti norma və standartları, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər
  • MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək
  • AutoCAD, Revit proqramını bilmək üstünlükdür
  • Ezamiyyətlərə hazır olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun