Bakı,
Azərbaycan
08.05.25
-
08.06.25
İş haqqında məlumat
- Tikinti işlərinin layihə cizgilərinə, texniki spesifikasiyalara, SNİP/TK və digər normativ sənədlərə uyğun şəkildə icrasına nəzarət etmək;
- Layihə rəhbəri və podratçılarla birlikdə iş həcmlərinin planlaşdırılmasında iştirak etmək;
- Tikinti işlərinin fiziki icrasını gündəlik olaraq monitorinq etmək və görülən işlərə dair aktlaşdırmanı təmin etmək;
- Texniki nəzarət və keyfiyyətə nəzarət prosedurlarının icrasını təmin etmək;
- Gecikmələr, texniki problemlər və uyğunsuzluqlar üzrə texniki qiymətləndirmə aparmaq və həll yolları təklif etmək;
- İş sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Tikinti işləri üzrə podratçıların iş fəaliyyətinə nəzarət etmək və gündəlik koordinasiyanı təmin etmək;
- Tikinti materiallarının və avadanlıqların qəbul prosesində iştirak etmək və uyğunluğunu yoxlamaq;
- Müvəqqəti və yekun tikinti qəbul aktlarının hazırlanmasında iştirak etmək;
- Tikinti ilə bağlı texniki sənədlərin, hesabatların və foto sənədləşmənin aparılmasını təmin etmək;
- İş qrafikinə uyğun olaraq həftəlik və aylıq hesabatların Layihə Rəhbərinə təqdim olunmasını təmin etmək;
- Quraşdırma işlərinin layihə çərçivəsində düzgün icrasına nəzarət etmək və lazımi texniki dəstəyi göstərmək;
- Tikinti işlərinin mərhələli olaraq qəbul və istismara hazırlanması proseslərində iştirak etmək
- Sahədə gündəlik texniki yoxlamaların və iş icrasının yerində izlənməsi;
- İş icra aktlarının tərtib olunması və aidiyyəti üzrə tikinti jurnallarının aparılması;
- Layihə rəhbərinə və texniki heyətə tikinti mərhələsində yaranan problemlər və onların həlli ilə bağlı gündəlik məlumatların təqdim olunması;
- Tikinti materiallarının və texnologiyalarının uyğunluğuna dair yoxlamaların aparılması;
- Sahə görüşlərində iştirak və tapşırıqların icrasına nəzarət;
- Texniki sənədlərin vaxtında tərtibi və arxivləşdirilməsi;
- İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali texniki təhsil;
- Tikinti sahəsində, xüsusilə sənaye və istehsalat obyektlərinin inşasında minimum 5 il iş təcrübəsi;
- Layihə sənədlərini (çertyojlar, spesifikasiyalar, layihə qrafiki və s.) oxuma və tətbiqetmə bacarığı;
- Azərbaycan Respublikasının tikinti normativləri, SƏTƏM və keyfiyyət standartlarına dair biliklər;
- MS Office və texniki proqram təminatı (AutoCAD, Revit, Civil 3D və s.) bilikləri;
- Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
- Texniki hesabatların hazırlanması və təqdimat bacarığı;
- Sahədə operativ qərarvermə və problemlərin həll etmə qabiliyyəti;
- Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.