Bakı,
Azərbaycan
16/03/2026
-
30/03/2026
İş haqqında məlumat
- Tikinti fəaliyyəti yerinə yetiriləcək ərazinin torpaq sənədlərinin uyğunluğunun yoxlanılması;
- Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
- Hazırlanmış iş həcmləri əsasında layihələndirmə işlərinin satınalmasının sifarişinin hazırlanması;
- Tikinti fəaliyyəti üzrə(tikinti,əsaslı təmir,təmir-bərpa,rekonstruksiya və söküntü işləri) işlərin icra qrafikinin və iş icra metodununa uyğunluğuna nəzarətin edilməsi;
- Yerinə yetirilmiş işlərin ödəniş sənədlərinin(Forma2 və Forma3) qəbul edilməsi, müqaviləyə və faktiki yerinə yetirilmiş işlərə uyğunluğunun yoxlanılması;
- Tikinti podratçıları, layihənin maraqlı tərəfləri, layihənin idarə edilməsi və şirkət rəhbərliyi arasında hərəkətləri və gözləntiləri əlaqələndirmək;
- Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak edilməsi;
- İşin gedişatına nəzarət etmək və üst Rəhbərliyə layihənin təfərrüatları, o cümlədən gedişatı, risklər və imkanlar barədə vaxtında hesabat vermək;
- Binaların, infrastrukturların və obyekt avadanlıqlarının quraşdırılmasına, yoxlanılmasına, təmirinə, nasazlıqların aradan qaldırılmasına və gündəlik texniki xidmətə nəzarət etmək;
- Yeni binalar/qurğular üçün icazə cizgilərinin hazırlanması prosesinə və təşkilinə köməklik göstərmək.
İş barədə əlavə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: Razılaşma əsasında.
Tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi və digər əlaqəli sahələrdə)
- Tikinti sahəsində minimum 1 – 3 il iş təcrübəsi;
- Tikinti işlərinin keyfiyyətini obyektiv qiymətləndirmə bacarığı;
- Material və konstruksiyalarda qüsurları aşkar etmə bacarığı;
- Layihə və faktiki icranı müqayisə edə bilmə;
- Layihəçi və sifarişçi ilə effektiv ünsiyyət.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.