Bakı,
Azərbaycan
06/11/2025
-
06/12/2025
İş haqqında məlumat
- Yüklü və qoşqulu avtomobillərin (TİR) idarəedilməsi;
- Yüklərin təyinat məntəqəsinə (Bakı daxili, bölgələrə və ölkə xarici şəhərlərə) təhlükəsiz, əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
- Ölkə xarici səfərlərə ezamla bağlı çətinliyin olmaması;
- Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
- İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması.
İş barədə məlumat
- Rəsmi qaydada əmək müqaviləsi bağlanır;
- Əmək haqqı – razılaşma yolu ilə;
- 6 günlük iş qrafiki;
- Nahar ilə təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Tələblər
- Tələb olunan kateqoriya üzrə kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
- Ən az 3 il sürücülük təcrübəsi olmalı.