hrin.az
AZPROM

Tokar

AZPROM

Əmək haqqı: 800-900 ₼

70721 oktyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-60
Kompüter bilikləriYoxdur
TəhsilKollec/Texnikum
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

  • Texniki çertyoj və sxemləri oxumaq və onlara uyğun detalları hazırlamaq
  • Torna dəzgahlarında silindrik, konusvari və formalı detalların emalını həyata keçirmək
  • Emal ediləcək detalların dəqiqlik ölçülərini təmin etmək
  • İş parçasını dəzgaha düzgün bərkitmək və lazımi alətləri seçmək
  • Kəsici alətləri saz vəziyyətdə saxlamaq və zərurət olduqda itiləmək
  • Hazır məhsulların ölçülərini mikrometr, ştangensirkul və digər ölçü alətləri ilə yoxlamaq
  • İş prosesində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək
  • Avadanlıqları iş bitdikdən sonra təmizləmək və istismara yararlı vəziyyətdə saxlamaq
  • İş sahəsini səliqəli və təhlükəsiz vəziyyətdə saxlamaq
  • Ona həvalə olunmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək
  • Avadanlıqların və alətlərin yalnız təyinatına uyğun və düzgün istifadə olunmasını təmin etmək
  • Texniki tapşırıq və çertyoj tələblərindən kənara çıxmamaq
  • Ona təhkim olunmuş avadanlıq və materialların qorunmasını və təhlükəsiz saxlanılmasını təmin etmək

Namizədə tələblər

  • Orta ixtisas və ya peşə təhsili;
  • Texniki çertyoj və sxemləri oxuma bacarığı;
  • Torna dəzgahlarında iş təcrübəsi və alətlərin istifadəsi üzrə biliklər;
  • Təhlükəsizlik texnikası qaydalarını bilmək;
  • Ən azı 3–5 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
  • Əmək haqqı: 800-900 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
  • İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi