Bakı,
Azərbaycan
08.10.2025 05:10
-
08.11.2025 12:00
İş haqqında məlumat
- Topoqrafik ölçmə işlərində mühəndisə kömək etmək;
- Ölçü alətlərini (teodolit, nişangah, rulet, GPS cihazları və s.) daşımaq, quraşdırmaq və texniki tələblərə uyğun şəkildə hazırlamaq;
- Ölçmə prosesində sabitlik və dəqiqliyin təmin olunmasına nəzarət etmək;
- Sahədə nişanlanmış nöqtələrin qeydiyyatını aparmaq;
- Təyin olunmuş sahədə relyef, ərazi obyektləri və digər mühüm detallar barədə ilkin məlumatları toplamaq və qeyd etmək;
- İş bitdikdən sonra avadanlıqların yığılması, təmizlənməsi və düzgün şəkildə saxlanmasını təmin etmək;
- Sahə işləri zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmək.
İş şəraiti:
- İş yeri: Bakı və bölgələr;
- Əmək haqqı: 800-900 azn.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “topoqraf köməkçisi” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Orta texniki və ya ali təhsil (geodeziya, topoqrafiya, inşaat mühəndisliyi və s. sahələrdə təhsil arzuolunandır);
- Müvafiq peşə üzrə kurs və ya sertifikatlara malik olmaq üstünlükdür;
- Topoqrafiya və ya geodeziya sahəsində ən azı 1 il iş təcrübəsi olması üstünlükdür;
- Teodolit, rulet, nişangah, GPS cihazları kimi ölçmə avadanlıqları ilə işləmə bacarığı;
- Əldə olunan məlumatların qeydiyyatı və ilkin təhlili üzrə anlayış;
- Geodeziya və ya topoqrafik ölçü prinsipləri haqqında ümumi anlayış.