Bakı,
Azərbaycan
10/07/2026
-
24/07/2026
İş haqqında məlumat
- Torna dəzgahında metal detalların emal edilməsi;
- Texniki çertyojlara uyğun detalların hazırlanması;
- Hazırlanmış detalların ölçü və keyfiyyətinə nəzarət edilməsi;
- İstifadə olunan avadanlığın saz vəziyyətdə saxlanılması;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən istehsalat tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
- Əmək haqqı: Müsahibənin nəticəsinə uyğun olaraq müəyyən ediləcəkdir.
Tələblər
- Tornaçı peşəsi üzrə müvafiq təhsil və ya peşə hazırlığı;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Texniki çertyojları oxuma bacarığı;
- Ştanqel, mikrometr və digər ölçü alətlərindən istifadə bacarığı;
- Torna dəzgahının iş prinsipi və metal emalı texnologiyası üzrə biliklər.
Namizədin şəxsi keyfiyyətləri:
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Dəqiq və keyfiyyətli işləmək bacarığı;
- İşə vicdanlı yanaşmaq;
- Komandada işləmək bacarığı;
- Operativlik və problem həll etmə bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun