Bakı,
Azərbaycan
13/03/2026
-
27/03/2026
İş haqqında məlumat
- Xarici tur paketlərinin planlaşdırılması, təşkili və satışı
- Müştərilərdən daxil olan sorğuların operativ və peşəkar şəkildə cavablandırılması
- Müştəri ehtiyaclarına uyğun otel, aviabilet, transfer və digər xidmətlərin seçilməsi və bron edilməsi
- Müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının araşdırılması
- Satışdan sonra xidmət keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin təmin edilməsi
- B2B sistemlərdə rezervasiyaların idarə olunması
- CRM sistemində məlumatların düzgün qeyd edilməsi
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü + şənbə qisa və növbəli gün
- İş saatı: 09:00 \ 10:00 – 18:00 \ 19:00
- Əmək haqqı + satış bonusları
- Peşəkar və inkişaf yönümlü iş mühiti
- Turizm sahəsində karyera inkişaf imkanı
Tələblər
- Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi
- Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi
- Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti
- Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı
- Komandada işləmək və stress altında qərar vermək bacarığı
- Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.