OpenOptix

Transceiver kodlaşdırma (EEPROM) proqramçısı

OpenOptix
Ə/h razılaşma ilə
807
Tam iş günü
Bakı, Azərbaycan
14/04/2026 - 28/04/2026

İş haqqında məlumat

  • Optik modullar Optik transceiver modulları üçün EEPROM çiplərinin proqramlaşdırılmasını həyata keçirmək 
  • Proqramlaşdırma üçün tələb olunan məlumatları (vendor, part number, parametrlər və s.) düzgün şəkildə daxil etmək 
  • Proqramlaşdırma avadanlıqlarını düzgün qoşmaq və təlimata uyğun istifadə etmək 
  • Proqramlaşdırma nəticələrini yoxlamaq və məlumatların düzgün yazıldığını təsdiqləmək 
  • Proqramlaşdırma prosesi üzrə məlumatları və nəticələri sistemə və ya qeydiyyat formalarına daxil etmək
  • Yanlış və ya qüsurlu proqramlaşdırılmış modulları aşkar etmək və rəhbərliyə məlumat vermək 
  • İstifadə olunan avadanlıqların gündəlik yoxlanmasını aparmaq və nasazlıqları vaxtında bildirmək 
  • İş təlimatlarına (SOP) və texniki prosedurlara riayət etmək 
  • Təhlükəsizlik, ESD və cleanroom qaydalarına əməl etmək 
  • İş sahəsinin səliqəli və standartlara uyğun saxlanılmasını təmin etmək 
  • İstehsalat və test komandası ilə koordinasiyalı işləmək
  • Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

İmkanlar və Əlavə Qeydlər

  • Könüllü tibbi sığorta
  • Karyera inkişafı və peşəkar təlim imkanları
  • Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
  • İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
  • Təşəbbüs və innovativ ideyalara dəstək
  • 5 günlük iş qrafiki (09:00–18:00)
  • İş yeri: istehsalat sahəsi 

Tələblər

  • Təhsil: Minimum kollec təhsili (ali təhsil üstünlükdür, xüsusilə texniki sahələr üzrə) 
  • Təcrübə: Müvafiq sahədə 3 il və ya daha çox iş təcrübəsi arzuolunandır 
  • Optik modulların quruluşu və əsas komponentləri barədə anlayış 
  • EEPROM proqramlaşdırma prosesləri və prinsipləri haqqında ilkin biliklər 
  • Elektronika və ya əlaqəli sahə üzrə baza biliklər 
  • Proqramlaşdırma avadanlıqları ilə işləmə və onların düzgün istifadəsini öyrənmə bacarığı 
  • Texniki təlimatları (SOP) oxuma, anlama və tətbiq etmə bacarığı 

Dil bilikləri:

  • Azərbaycan dili – mütləq 
  • Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur

Səriştələr:

  • Diqqətlilik və detallara yüksək həssaslıq (xüsusilə məlumatların daxil edilməsi və yoxlanılması zamanı) 
  • Yüksək məsuliyyət hissi və intizamlı iş yanaşması 
  • Dəqiqlik və səhvsiz işləmə qabiliyyəti 
  • Təlimatlara və prosedurlara (SOP) dəqiq riayət etmə vərdişi 
  • Problemləri vaxtında aşkar etmə və operativ reaksiya vermə 
  • Analitik düşünmə və məntiqi yanaşma bacarığı 
  • Öyrənməyə açıq olmaq və yeni texniki bilikləri tez mənimsəmək 
  • Texniki sənədlərlə işləmə bacarığı 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar