Transformator və Yüksək Gərginlikli Kabel Sınaqları üzrə Mütəxəssis
Energy Monitoring MMC
Ə/h razılaşma ilə
443
Tam iş günü
Bakı,
Azərbaycan
29/06/2026
-
13/07/2026
İş haqqında məlumat
- Güc transformatorlarının qəbul, istismara vermə, periodik və diaqnostik elektrik sınaqlarının sahədə icra edilməsi;
- 35 kV-a qədər güc kabellərinin izolyasiya müqaviməti, yüksək gərginliyə dözümlülük (Hi-Pot/VLF) və Tan-Delta sınaqlarının aparılması;
- Sınaq avadanlıqlarının təhlükəsiz, düzgün və effektiv istismarının təmin edilməsi;
- Sınaq nəticələrinin analizi, peşəkar texniki hesabatların hazırlanması və sifarişçiyə təqdim edilməsi;
- Sınaqların beynəlxalq IEC, IEEE və digər müvafiq standartların tələblərinə uyğun həyata keçirilməsi;
- Sahədəki bütün işlərin elektrik təhlükəsizliyi qaydalarına tam uyğun icrasına nəzarət.
İş şəraiti
- Şirkət: Energy Monitoring MMC
- İş yeri: Bakı (Layihələr üzrə ezamiyyətlər mümkündür)
- İş rejimi: Tam ştat (Full-time)
Enerji sektorunda fəaliyyət göstərən aparıcı şirkətimiz üçün yüksək gərginlikli avadanlıqların sınaq və diaqnostikası sahəsində təcrübəli Mütəxəssis axtarırıq!
Biz Təklif Edirik
- Rəqabətli və artan əməkhaqqı (Müsahibə əsasında müəyyən olunur);
- Ölkənin iri və maraqlı enerji layihələrində birbaşa iştirak imkanı;
- Ən müasir sınaq avadanlıqları ilə işləmək və peşəkar inkişaf fürsəti;
- Beynəlxalq təlimlər və sertifikatlaşdırma imkanları;
- Peşəkar, dinamik və mehriban iş mühiti.
Tələblər
- Təhsil: Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Təcrübə: Transformator və yüksək gərginlikli kabel sınaqları sahəsində minimum 3 il aktiv iş təcrübəsi;
- Cihaz bilikləri: OMICRON, Megger, Fluke və digər xüsusi elektrik sınaq avadanlıqları ilə işləmək bacarığı;
- Güc transformatorları və 35 kV-a qədər güc kabellərinin diaqnostikası üzrə güclü praktiki biliklər;
- Elektrik sxemlərini, layihə çertyojlarını və texniki sənədləri mükəmməl oxuma bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək;
- Ezamiyyət: Regionlara və layihə sahələrinə ezamiyyətlərdə işləməyə tam hazır olmaq;
- Dil bilikləri: İngilis dili biliyi (xüsusilə texniki sənədlərlə işləmək üçün) üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun