Azerconnect LLC

Travel Specialist (Baku)

Azerconnect LLC
Ə/h razılaşma ilə
212
Tam iş günü
Bakı, Azərbaycan
01/06/2026 - 15/06/2026

İş haqqında məlumat

  • İşgüzar səfərlərin təşkili (aviabiletlər, yaşayış, nəqliyyat, lazım olduqda viza dəstəyi);
  • Travel vendorlarla əlaqə və bronların vaxtında həyata keçirilməsinin təmin edilməsi;
  •  Daxili əməkdaşlarla işləyərək səfər ehtiyaclarının və tələblərinin müəyyən edilməsi;
  • Təsdiq proseslərinin izlənməsi və daxili travel prosedurlarına uyğunluğun təmin edilməsi;
  • Davam edən travel sorğularının izlənməsi və vaxtında icrasının təmin edilməsi;
  • Səfərlərin xərc və effektivlik baxımından optimallaşdırılmasına dəstək;
  • Travel fəaliyyəti üzrə sənədlərin və məlumatların uçotunun aparılması;
  • Travel ilə bağlı sadə sənədlərin hazırlanmasına dəstək (sorğular, təsdiqlər və s.).

Biz nə təklif edirik?

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.


 

Tələblər

  • Bakalavr dərəcəsi;
  • Turizm agentliyində və ya şirkət daxilində travel funksiyası üzrə 2–4 il iş təcrübəsi tələb olunur;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək tələb olunur; ingilis dili üstünlükdür;
  • MS Office proqramlarını (Excel, Word, Outlook) və sənəd idarəetmə sistemləri üzrə baza bilikləri.
  • İşgüzar səfər prosesləri üzrə anlayış;
  • Travel bron sistemləri və ya agentliklərlə işləmək təcrübəsi;
  • Korporativ prosedurlar və təsdiq mexanizmləri barədə anlayış;
  • Travel ilə bağlı sənədləşmə üzrə baza bilikləri;
  • Daxili sənədləşmə və procurement prosesləri üzrə ilkin anlayış (məsələn, PR və PO hazırlanması).

     

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.