Bakı,
Azərbaycan
05.08.2025 10:54
-
05.09.2025 12:00
İş haqqında məlumat
- Xarici və daxili turların hazırlanması, aviabiletlərin satışı, fərdi və qrup turların təşkili;
- Xarici və daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması;
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Sorğuların cavablandırılması.
İş şəraiti
- İş saatları: 09:00-dan 18:00-dək;
- İstirahət günü – Şənbə, Bazar günü;
- Əmək haqqı razılaşma əsasında.
Şəkilli CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq.
Tələblər
- Turizm sahəsində iş təcrübəsinin 1 ildən yuxarı olması;
- Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili biliyinin olması üstünlükdür);
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq;
- Kollektivdə işləmə bacarığına malik olmaq;
- Məsuliyyətli və diqqətli olmaq;
- Kompüter proqramlarında işləmək bacarığı (MS Office, İnternet və elektron poçt proqramları);
- Gülərüz və özünə qarşı tələbkar olmaq;
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq.