Pickvisa

Tur Meneceri

Pickvisa
700 ₼
2434
Tam iş günü
Bakı, Azərbaycan
17.10.2025 10:16 - 17.11.2025 12:00

İş haqqında məlumat

Əgər xəritələrə baxanda həyəcanlanır, tur paketlərini incələyəndə özünü müştəri kimi hiss edirsənsə və insanlara unudulmaz səyahət təcrübələri yaşatmağı sevirsənsə – biz səni axtarırıq!

Pickvisa komandası sənin kimi enerjili, satış bacarığı yüksək və turizmdə ustalaşmaq istəyən Tur Meneceri axtarır.

Səni nə gözləyir?

  • Həftə içi 09:00 - 18:00 iş qrafiki (həftəsonu sənin istirahətindir);
  • Müştərilərə viza, bilet, otel və tur paketləri təqdim etmək – hər birini özün üçün sifariş verirmiş kimi;
  • Müştərilərlə sıx əlaqə quraraq, onların arzularını gerçəyə çevirmək;
  • Yüksək satış hədəflərinə çataraq həm qazancını, həm də təcrübəni artırmaq;
  • Satış proseslərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək.

Bəs qarşılığında nə əldə edəcəksən?

  • Əmək haqqı: 700 AZN + satışdan bonus;
  • Nə qədər yaxşı nəticə göstərsən, qazancın da bir o qədər artacaq;
  • Dəstək olan, mehriban və dinamik bir komanda.

Əgər sən də səyahət dünyasında iz qoymaq və müştərilərə unudulmaz təcrübələr yaşatmaq istəyirsənsə, fürsəti qaçırma!

Müraciət üçün: CV-ni "Tur Meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.

Tələblər

  • Amadeus proqramında bilet yazmağı bacarırsan? Sən bizə lazımsan!
  • Gecə-gündüz fərqi olmadan təcili bilet sorğularını operativ həll edə biləcək qədər çevik olmalısan;
  • Bilet, otel və tur satışı sahəsində təcrübən varsa, mütləq müraciət et;
  • Viza prosedurlarına dair biliklərin varsa, bu sənin üçün üstünlükdür;
  • Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığın olmalıdır, İngilis dili isə əlavə avantajdır;
  • Nəticəyə fokuslanan, məsuliyyətli və operativ iş yanaşması.


Oxşar vakansiyalar